Hamiləlikdə dəmir çatışmazlığı...

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 6 313
Səs ver:
(səs: 0)
Hamiləlikdə qan azlığının səbəbləri və hamiləlikdə qansızlığı önləmənin yolları ilə əlaqədar bir çox əhəmiyyətli məlumatı buradan əldə edə bilərsiniz. Hamiləlik boyunca dəmir həm ana həm də körpə üçün son dərəcə əhəmiyyətli bir vitamin qaynağıdır və bədən hamiləlik dövründə heç olmadığı qədər çox dəmirə ehtiyac duyar.

Hamiləlikdə qan azlığının əlamətləri
Bir çox səbəblə hamiləlik dövründə qadınlar qan azlığı problemi ilə qarşılaşa bilərlər.
Qan azlığının bəzi diqqətə çarpan əlamətləri vardır. Halsızlıq, ürək atışlarında sürətlənmə, ürəyin olduğu sol sinədə yüngül bir ağrı, yorğunluq, konsentrasiya pozuqluğu və tez yorulma kimi diqqətə çarpan əlamətləri vardır.

Hamiləlikdə dəmir əskikliyinin zərərləri nələrdir?
Hamiləlikdə dəmir əskikliyi həm ana həm də körpə üçün son dərəcə mənfi bir vəziyyətdir. Körpənin inkişafına mənfi istiqamətdə təsir edən, erkən doğuma və daha bir çox mənfi təsirlərə səbəb ola bilər.

Anada isə doğum sonrası qanaxma və yenə doğum sonrası rəhmin yığıla bilməməsi, ya da çox gec yığılma kimi mənfiliklər yaşana bilir. Bu vaxt bədən körpəsini dəmirsiz buraxmamaq üçün anada olan dəmiri əvvəl uşaq üçün istifadə edir. Yəni bədəndə olan dəmirin çoxu uşağa getdiyindən ana daha da çox risk altına girir. Saçlarda tökülmələr, dişlərdə çürüklər, və daha bir çox fiziki xüsusiyyət də özünü göstərə bilir.

Dünya sağlamlıq təşkilatının qərarına görə hamiləlik müddətində dəmirə olan ehtiyac normal vaxta nisbətən çox aolduğu üçün 16. Həftədən sonra hamilələrə dəmir qəbulunun artırılması tövsiyə olunur.

Tərkibində ən çox dəmir olan qidalar:
Yumurta
Qoz
Qırmızı ət
Badam, fındıq
Tünd yaşıl yarpaqlı tərəvəzlər
Bəkməz
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri