Hamiləlikdə sağlamlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 869
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir.

Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri qripdir. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, döldə müxtəlif patologiyaların inkişafı və s.
Qrip yüksək hərarət (40-40,5 C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünün çox zəif, yorğun hiss edir. Dodaqlarda herpes çıxa bilər (ağrılı kiçik xoralar), qadında qarın ağrısı və hətta ishal ola bilər. Belə vəziyyət 7 gün ərzində davam edə bilər.

Ağır hallarda hipotoniya (aşağı təzyiq) fonunda döldə hipoksiya inkişaf edə bilər, dölsalma və vaxtından tez doğuşun riski arta bilər.

Adətən hamiləliyin 2-ci üçaylığında təzyiq qalxmağa başlayır. Arterial hipertenziya özünü baş ağrıları, başgicəllənməsi, qulaqlarda küy, üzün və boynun qızarması, ürəkbulanması, qusma kimi simptomlarla büruzə verir. Bəzən isə hipertenziya heç bir simptomla özünü büruzə vermir və profilaktik müayinə zamanı təsadüfən aşkar olunur. Məhz bu səbəbdən hər bir hamilə qadının evində tonometr olmalıdır və qadın özü hər gün təzyiqini ölçməlidir.

İki canlı olduğunuzu unutmayın! Daha diqqətli olun və özünüzü qorumağa çalışın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri