Qeysəriyyə əməliyyatın gerçəklikləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 7 425
Səs ver:
(səs: 1)
Xalq arasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadının daha sonra təbii doğuşla uşaq sahibi olmasının mümkünsüzlüyünə dair fikirlər çox yayılıb. Bu fikir həqiqətdirmi? Qadınla.Com bununla bağlı bəzi məqamları təqdim edir.

Mütəxəssislər qeyd edir ki, ilk hamiləliyi qeysəriyyə ilə bitən qadınların daha sonra təbii doğuşla övlad dünyaya gətirə bilməməsi fikri yanlışdır. Əvvəllər qeysəriyyə əməliyyatı klassik formada aparılırdı. Yəni ki, uşaqlıq borusunun yuxarısından aşağıya doğru orta xətlə kəsilirdi. Bu cür klassik formada qeysəriyyə üsulu ilə doğan qadınlar sonra da bu üsulla doğuş həyata keçirməli idilər. Bu, xalq arasında beləcə də qaldı. Amma artıq qeysəriyyə uşaqlıq borusunun alt hissəsindən yan bir kəsiklə edilir. Bu kəsiklərdə klassik qeysəriyyədə olduğu kimi, yırtılma riski yoxdur. Lakin bəlkə də xəstələrin və həkimlərin işinə yaradığı üçün bir dəfə qeysəriyyə olunanın bir daha doğa bilməyəcəyi deyilir.

Risklər
Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirənlərin ikinci dəfə normal doğuş etməsində risk çox aşağıdır. İndi dünyanın bir çox ölkəsində bu üsul tətbiq edilir. Onların bir çoxu ikinci dəfə təbii doğuş edir. Hətta bir çox ölkələrdə qadınları qeysəriyyə üsulu ilə doğuşdan uzaqlaşdırmaq üçün bir çox sığorta şirlətləri doğuş xərclərini qarşılamırlar. Buna görə də Fransa, Hollandiya, Amerika kimi ölkələrdə ilk doğuşları məcburən qeysəriyyə olan qadınlar ikinci dəfə təbii doğuş edirlər. Yəni qeysəriyyədən sonra təbii doğuş mümkündür və çox böyük çətinlikləri yoxdur.

İkinci, üçüncü hamiləlikdə min qeysəriyyə üsulu ilə doğuşdan 997-si boş yerə edilir. Qeysəriyyədən sonra təbii doğuş etmək üçün iki il ötməlidir. Eyni zamanda, xəstə və həkim cəsarətli olmalıdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri