Hamiləlikdə dəridə olan problemlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 423
Səs ver:
(səs: 0)
Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. Həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.

Dərisi ağ olan qadınlarda striyalar qarabuğdayı qadınlarla müqayisədə daha tez-tez hallarda əmələ gəlir. İrsiyyat burada çox böyük rol oynayır — əgər qadının anasında, nənəsində və s. hamiləlik zamanı striyalar əmələ gəlibsə, bu o deməkdir ki, bu qadında da 80% ehtimalı ilə onlar əmələ gələcək. Lakin dəriyə olan qulluq və profilaktik tədbirlər az da olsa müəyyən rol oynayır. Hamiləliyin 12-ci həftəsindən başlayaraq dərinizi xüsusi kremlər və losyonlarla əsaslı şəkildə daim nəmləndirmək lazımdır. Hamilə qadınlar üçün xüsusi striyalara qarşı olan vasitələr buraxılır. Lakin adi zeytun və ya təbii kakao yağı da çox yaxşı effekt verə bilər. Bu vasitələri dərinin problemli hissələrinə daim çəkin və yüngül masaj edin. Masaj dərinin qan dövranını yaxşılaşdırır, dərinin elastikliyini artırır.

Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.
Hamiləlik zamanı piqmentasiyanın əmələ gəlməsini minimuma çatdırmaq üçün üzünüzü gün şüalanmadan qoruyun, yay günlərində evdən çıxdıqda gün eynəklərindən, çətirdən və ya enli şlyapadan istifadə edin, üzünüzə gündən qoruyan xüsusi krem çəkin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri