Rahat doğuşun üsulları – HAMİLƏLƏRİN NƏZƏRİNƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 504
Səs ver:
(səs: 0)
Xüsusilə ilk doğumda rahat olmaq əhəmiyyətlidir. Bəzi qadınlar, birinci doğuşdan sonra, ikinci uşaq doğmaqdan imtina edirlər.
Doğum əvvəli hamilələr ümumi olaraq qayğılanırlar və bu təbii bir vəziyyətdir. Daha əvvəl heç doğum etməmiş bir qadın bilmədiyi bu vəziyyət üçün narahat olur ya da qorxur".
QADINLA.COM bildirir ki, bu fikirləri həkim Rıdvan Üney səsləndirərək hamilə qadınlara rahat olmaları üçün bəzi məsləhətlər verib

1.Doğum üçün bir xəstəxana seçin

Doğumdan əvvəl, doğum edəcəyiniz
xəstəxananı ziyarət etmək əhəmiyyətlidir. Bu sayədə doğuma gedərkən qayğınız daha az olar. Bilmədiyimiz yerlər, qaygılarımızı artıra bilər. Doğum edəcəyiniz xəstəxananın yaxın olması sizi daha da rahatlaşdıracaq.

2. Doğumla əlaqədar kurslara gedin

Doğumla əlaqədar kurslara getmək bir mənada sınaq etmənizi təmin edəcək. Beləcə əgər doğumu zehininizdə böyütmsünüzsə, bu narahatlıqlarınızı azaldacaq.

3. Həyat yoldaşınızın doğuma qatılmasını təmin edin

Hazırda bir çox xəstəxanlarda bu mövzu ilə bağlı həssas davranırlar. Yoldaşınızla bu mövzunu danışın. Əgər qayğınız çoxdursa, yoldaşınızın yanınızda olması sizi psixoloji baxımdan rahat və etibarda hiss etdirər.

4. Doğumla əlaqədar mütaliə edin

Doğumla əlaqədar yazılmış kitabları mütaliə edin. Bir çox adam bunu internetdən araşdırır, ancaq internetdə doğru məlumatlar olduğu kimi, xoşagəlməz məlumatlar də mövcuddur. Bunu unutmayın. Oxumaq və məlumatlanmaq sizi qayğı və qorxularınızdan uzaqlaşdıracaq.

5. Ananızla öz doğulmağınız barədə danışın

Analar, doğum mövzusunda təcrübələrinə görə rahatladıcıdırlar. Ananızla öz doğulmağınızı danışaraq məlumat ala bilərsiniz. Həm də sizinlə əlaqədar bilmədiyiniz, xoşbəxt xatirələri öyrənmək özünüzü yaxşı hiss etdirəcək.

6. Həkiminizlə doğumla əlaqədar qayğılarınızı paylaşın

Bəzi hallarda qadın doğum həkimi ilə danışmaq üçün kifayət qədər vaxt olmaz. Buna baxmayaraq zaman yaradın və qayğılarınızı danışın. Beləcə həkimin sizin qayğı səviyyəsini anlaması daha asan olur və sizi rahatlaşdıracaq məlumatı ondan ala bilərsiniz.

7. Doğumdan sonra qucağınıza alacağınız uşağın xəyalını qurun

Hamiləlik müddətində, doğum sonrası uşağınızla ilk qarşılaşma səhnəsinin xəyalini qurmaq, həm hamiləliyin həm də doğumun asan keçməsini təmin edir.

8. Hamiləlikdə yoga və boşalma məşqləri edin

Əgər imkanınız varsa hamiləlik müddətində yoga sizi olduqca rahatlaşdıracaq. Bununla bərabər nəfəs məşqləri çətin vəziyyətləri dəf etməyinizi asanlaşdıracaq. Ancaq bunlara mümkünsə hamiləliyin erkən dövrlərində başlamalısınız.

9. Hamiləliyin və doğumun sağlam bir müddət olduğunu unutmayın

Hazırda informasiya bolluğudur və təəssüf ki bəzi xoşağəlməz xəbərləır də olur. Halbuki ilk dövrlərdən bəri qadın hamilə olur. Bu qadının təbiətində olan bir vəziyyətdir. Hətta professional kömək almadan belə doğuş edə bilir. Siz də fərqli deyilsiniz. Bu həqiqəti gözdən qaçırmayın.

10. Hamiləlik dövründə həkiminizlə danışaraq, təklif etdiyi məşqləri edin

Məşq etmək, doğumda əzələlərinizi daha rahat işlətdiyi kimi, stressə qarşı dayanıqlığınızı da artıracaq. Hamiləlik müddətində həkiminizin təkliflərini də nəzərə alaraq, mütləq məşq edin. Piyada gəzmək belə bədənimizdə müsbət hiss etdirəcək hormonların ifraz olunmasına səbəb olur.

11. Davamlı olaraq doğum hekayələri dinləməyin

Əgər həssassınızsa, ətrafınızdakı insanlardan doğuş hekayələri dinləməyin. Çünki onlar müsbət hekayələr anlada biləcəyi kimi mənfi hekayələr də danışa bilərlər. Bunu daha əvvəldən bilmə şansımız olmaya bilər. Qarşı tərəf yaxşı niyyətli olsa belə, sizin həssas olmağınız kefinizi qaçıra bilər.

12. Doğumdan əvvəlki aktual yaşamınızı davam etdirin

Həyatınızı normal olaraq davam etdirin. Həkiminiz nəsə məsləhət görməyibsə, normal həyatınızı doğuma qədər davam etdirin. Özünüzü həddindən artıq stresə salmayın. Həyat vərdişlərinizi doğum ərzində davam etdirin. Təbii ki, spirt siqaret kimi vərdişlər istisna olmaqla.

13. Doğumdan əvvəl həyat yoldaşınızla maddi mövzularda danışın

Doğumdan əvvəl, həm xəstəxana xərcləri həm də bir müddət çalışmayacağınız üçün həyat yoldaşınızla danışıb məsləhətləşin. Xərclər haqqında həkiminizdən və xəstəxanadan məlumat alın.

14. Tokofobi (doğum etmə qorxusu) varsa, buna laqeyd yanaşmayın
Tokofobi əsasən hər 9-10 qadından birində görülür. Hamilə qadın bununla əlaqədar həddindən artıq qayğılana bilər. Amma bu müalicə edilərək keçə bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri