Hamiləlikdə dəri baxımı

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 445
Səs ver:
(səs: 1)
Hamiləlik dövrü bədən üçün fərqli bir dövr olduğu üçün hamiləlikdə dəri baxımı son dərəcə əhəmiyyətlidir. Hamiləlik dövrü hormonal və fiziki dəyişikliklərin ən sürətli və ən nəzərə çarpan bir şəkildə meydana gəldiyi dövrdür. Bu dövrdə sızanaq, çatlar, ləkələr və dəri quruluğu normal zamana görə çox olur. Bu vəziyyət ilə başa çıxa bilmək üçün tətbiq edə biləcəyiniz bəzi üsullar vardır.

-Hamiləlik düşüncəsi içindəsinizsə dəri baxımınıza hamiləlik əvvəli başlamaq sizin üçün çox daha sağlam olacaq.

-Dərinizə ilk aylardan etibarən baxım yağları tətbiq edin. Xüsusilə qarın və qıç bölgənizə çatlar üçün təklif edilən baxım yağlarını tətbiq edin.

-Su içmək dərinin quruması və çatlamasını önləmədə ən əhəmiyyətli yollardan biridir. Gün içərisində kifayət qədər su içdiyinizdən əmin olun.

-Nizamlı olaraq peeling edin. Dərinizə peeling tətbiq edərkən kimyəvi maddə ehtiva etməyən təbii peelinglərdən faydalanın.

-Gün içərisində dərinizi sizə uyğun olan və keyfiyyətli bir nəmləndirici ilə nəmləndirin.

-Axşamları yatmadan əvvəl dərinizə yüngül masajlar tətbiq edin.

-Hamiləlik müddətində yüngül templi yürüyüşlər etmək həm körpənizin həm də sizin sağlamlığınız üçün son dərəcə əhəmiyyətlidir.

-İstifadə etdiyiniz bütün məhsullarda kimyəvi maddələrdən uzaq dayanmağa çalışın.

-Təmizləyici olaraq saf zeytun yağı sabunu xaricindəki sabunları istifadə etməyin. Dərinizdə quruluğa səbəb ola bilər.

-Günəş kremi seçərkən ləkə əleyhinə olmasına daha çox diqqət yetirin.

-İstifadə etdiyiniz məhsulları həkiminiz ilə məsləhətləşin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri