Doğuş ağrılarını azaldan üsul

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 895
Səs ver:
(səs: 0)
Mantuya şəhərinin (İtaliya) doğuş evlərindən birində çox orijinal eksperiment aparılıb.

Alimlər doğuş zamanı ağrıları azaltmaq üçün yeni üsul axtardıqda belə nəticəyə gəliblər ki, mahnı oxumaq doğuş ağrılarının xeyli azalmasına kömək edir.

Mütəxəssislər qadınlara doğuş sancıları zamanı qışqırmağı deyil, mahnı oxumağı tövsiyə ediblər. Eksperiment müsbət nəticələr verib və qadınlar ağrıların həqiqətən azalmasını qeyd ediblər. Mahnı oxuyan insanın bədənində endorfin (xoşbəxtlik hormonu) hormonlarının səviyyəsi artır ki, bu da ağrıları azaldır və sakitləşməyə kömək edir. Həmçinin mahnı oxumaq əzələləri boşaltmağa kömək edir ki, bu doğuş prosesini asanlaşdırır.

Bundan əvvəl keçirilmiş eksperimentlər göstərib ki, uşağı daha tez sakitləşdirməyin ən tez üsulu ona mahnı oxumaqdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri