Hamiləlikdə gözəllik və baxım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 774
Səs ver:
(səs: 1)

Hamiləlik müddətində gözəl görünmək və özünüzü gözəl hiss etmək sizin də haqqınızdır. Hamiləliyiniz müddətində özünüzə baxım edə bilər və gözəlliyinizi qoruya bilərsiniz.

Sinələrin baxımı
Hamiləlik dövründə ən çox diqqət və diqqət göstərilməsi lazım olan yer sinələrdir. Bu dövrdə sinələrdə çatlaq meydana gəlməməsi üçün ilıq bir duşdan sonra nəmləndirici kremlərlə sinələrə masaj edilməlidir. Əks halda sinələrdə çirkin bir görünüş meydana gətirən çatlaqlar meydana gələ bilər. Sinə sallanmalarını maneə törətmək üçün sinələr gündə iki dəfə soyuq suyla yuyunmalıdır.
Omba və qarın baxımı
Qarın xəttinin yerləşib iz buraxmamasını ,ən sona  ombalara lazımlı diqqəti göstərmək üçün bu bölgələr badam yağıyla hər gün ovulmalıdır.
Dəri baxımı
Dərinin sağlam bir şəkildə nəfəs alması hamiləlik dövründə hər vaxt olduğundan daha əhəmiyyətlidir. Buna görə bu dövrdə yatmadan əvvəl makiyajınızı mütləq təmizləməli,üzünüzə və əllərinizə qidalandırıcı  krem sürtməlisiniz. 
Duş
Hamiləlik əsnasında gündəlik yuyunma vərdiş halına gətirilməlidir. Çünki bu dövrdə tər bezləri normaldan həddindən artıq bir iş göstərər.
Yuyunarkən istifadə etdiyiniz su 37-38 dərəcə olmalıdır. Həddindən artıq isti su sağlamlığınız baxımından zərərlidir. Ayrıca duş müddətinin 15 dəqiqədən çox olmamasına diqqət yetirməlisiniz. Əks halda qanama keçirmə riskiniz artacaq.
Duş qəbul edərkən qapınızı heç bir zaman kilidləməyin. Hətta evdə heç kim olmadığı zamanlarda duş qəbul etməməyə diqqət yetirin.
Saç baxımı
Hamiləlik dövründə saçlara istənilən şəkli vermək hər zamankındən daha çətin ola bilər. Saçlar parlaqlıqlarını, canlılıqlarını itirərlər. Saçların tez-tez yuyunması və saç tipinə uyğun baxım edilməsi bu problemi böyük ölçüdə aradan qaldıracaq.
Əl və ayaq baxımı

Əl və ayaq dırnaqları hamiləlik əsnasında donuq bir rəng alar və asanca qırılar. Dırnaqların laylarının ayrılmaması üçün gücləndirici parladıcılardan istifadə edə bilərsiniz.
Ağız baxımı
Hamilə qadınların tüpürcəklərində tapılan və diş minalarını təsir edən maddələr, bu dövrdə diş çürümələrinə səbəb olar. Ayrıca dişlərin möhkəmliyində rol oynayan fluor maddəsi də kifayət qədər təmin edilə bilməz. Bu səbəblə hamiləlik dövründə dişinizdə heç bir ağrı duyulmasa belə diş həkiminə nizamlı olaraq görünülməlidir.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 7 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri