Hamilə olmaq istəyənlərə şad xəbər!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 38 578
Səs ver:
(səs: 7)

Ailə qurub övlad sahibi olmaq hər birimizin arzusudur. Amma heç də hər həs bu arzusuna asanlıqla qovuşa bilmir. Ailə qurub illərlə övlad yolu gözləyən cütlüklər çoxdur. Onlar müxtəlif səbəblərdən valideyn ola bilmirlər. Amma verəcəyimiz bir neçə sadə məsləhət, inanırıq ki, gənc cütlüklərə faydalı olacaq.
Hamilə qalmaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır ki, onlardan biri də vaxtın düzgün seçilməsidir. Əksər qadınların aybaşı dövrü 14 gündən bir olduğu üçün, 9 və 15-ci günlər arasında cinsi münasibətdə olmaq hamilə qalma şansını artırır. Əlaqədən əvvəl kişinin 48 saat ərzində boşalmaması, spermanın sayı və keyfiyyəti də burada mühüm rol oynayır. Unutmaq lazım deyil ki, kişilərdə spermanın çox və keyfiyyətli olduğu vaxt səhər saatlarıdır. Elə səhərlər cinsi münasibətdə olmaq hamilə qalmağa təkan verə bilər.
Qadının hamilə qalmasında əlaqənin forması da az rol oynamır. Cinsi münasibətin klassik forması, yəni kişinin qadının üstündə olduğu forma hamilə qalmağa gətirib çıxaran ən optimal variantdır. Suda, ayaq üstündə və s. formalardakı əlaqələrin hamiləliyə təsiri yuxarıda adını çəkdiyimiz formadan xeyli azdır. Bunun əsas səbəbi kişinin üstdə olduğu zaman sperma axınının düzgün formada irəliləməsidir. Yan-yana birləşmənin isə əsasən kilolu cütlüklərin valideyn olmağında xeyli faydası ola bilər. Münasibətdən sonra, yaxşı olar ki, qadın yarım saata qədər uzansın, spermanın bədənin içinə doğru irəliləməsi üçün yastıq ilə ombasını yüksəltsin. Qadının dərhal ayağa qalxması çoxlu miqdarda spermanın çölə axması deməkdir. Kişi də sperma qaçışını azaltmaq üçün bir neçə dəqiqə geri çəkilməməlidir.
Son araşdırmalar da göstərir ki, əlaqə əsnasında qadının orqazma çatması hamilə qalma ehtimalını çoxaldır. Münasibətdən əvvəl və sonra bir müddət duş qəbul edilməməlidir. Bu kimi məsləhətlərə əməl etsəniz, 9 ay sonra Sizin də ailədən körpə qığıltısının eşidiləcəyinə ümid edə bilərik!
 
(səs: 7)
Şərhlər: 1
Baxılıb: 38 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri