Hamilə qadınları və doğulacaq uşaqları hansı təhlükə gözləyir?

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 401
Səs ver:
(səs: 1)
Bütün qadınlar ana olmaq istəyir, ana olmağın yolu da hamiləlikdən keçir. Hamiləlik zamanı normal qidalanma, normal geyim, normal istirahət, normal psixoloji durum gələcək körpənin sağlamlığı üçün əsas şərtlərdəndir. Uşağın sağlam doğulması üçün daha vacib bir şərt də var - ananın kosmetik vasitələrin hamısından imtina etməsi.

Hamilə qadınların saç boyaması nə ilə nəticələnə bilər?

Hamiləlik dövründə bir çox qadın körpənin sağlamlığına təhlükəli olduğunu düşündüyü üçün bir çox vərdişindən əl çəkir. Siqaret çəkən, içki içən qadınlar pis vərdişlərindən çətin də olsa uzaqlaşa bilirlər. Amma çox qadının ağlına belə gəlmir ki, hər gün üzlərinə çəkdikləri krem, istifadə etdikləri ətir, dodaqlarına, dırnaqlarına və saçlarını çəkdikləri boya da körpənin inkişafına ən az siqaret və içki qədər zərərlidir.

Kosmetik məhsulları arasında ən çox istifadə edilən məhsullardan biri də saç boyalarıdır. Çox sıx-sıx istifadə edilməsi, uzun müddət qalıcılığını saxlayan boyaların tərkibində olan maddələrin mənfi təsirləri daha çoxdur. Saç boyalarının tərkibində saysız-hesabsız kimyəvi maddələr olduğundan həkimlər və gözəllik ekspertləri hamilə qadınlara qəti surətdə saç boyamamağı məsləhət görürlər. Bu bətndəki körpənin zəhərlənərək ölməsinə səbəb ola bilər. Mümkün qədər uşaq dünyaya gələnə kimi saçlarınızı boyatdırmayın.

Saçlarında fərqlilik axtaranlar, ağ saçlarından şikayətçi olanlar hamiləliyin ilk üç ayının tamamlanmasını gözləməli və daha sonra yalnız bitki mənşəli olan saç boyalarını istifadə etməlidir. Ancaq kimyəvi tərkibi olmayan təbii boyalarla saçlar boyana bilər. Xına ən yaxşı variantdır. Əgər xınanın rəng tonunu dəyişmək istəsəniz, ona qara çayın dəmləməsini və yaxud da yetişməmiş qoz qabıqlarının dəmləməsini əlavə edə bilərsiniz. Xınanın canlılığını və parlaqlığını artırmaq üçün "xınagülü" adında təbii maddə də var.

Qıvrım saçlarından məmnun olmayan və saçlarını düzləşdimək istəyən hamilə qadınlar da bu fikirdən uzaq olmalıdır. Çünki saçların düzləşməsi üçün tətbiq edilən maddə də kimyəvi tərkiblidir. Bu cür maddələrin tərkibindəki kimyəvi birləşmələrin saç dərisindən qana keçməsi qaçılmazdır ki, bu da körpədə əqli şikəstlik yarada bilər.

Həkim: "Bu maddə dölə ötürülsə, təhlükə yarana bilər"

Həkim Arif Nuri bildirir ki, hamiləlik fizioloji bir proses olsa da, qadın həyatının ən məsuliyyətli dövrlərindən biridir. Ona görə də, bu dövrdə gələcək ana öz sağlamlıq durumuna qarşı çox diqqətli olmalıdır: "Hamiləlik dövründə aşağıda qeyd edəcəyimiz şərtləri gözləməklə kosmetik vasitələrdən istifadə etmək olar. Hamiləlik dövründə kosmetik vasitələrdən cüzi miqdarda, mümkün qədər gec-gec istifadə etmək lazımdır. Eyni vaxtda müxtəlif kosmetik vasitələrdən və çoxlu miqdarda istifadə etmək hamiləlik dövründə qadının və ana bətnindəki dölün sağlamlığına mənfi təsir göstərə bilər. Saçlar üçün dayanıqlı rənglərdən, ağardıcı boyaqlardan, dırnaqlar üçün olan laklardan, hətta bəzi krem və şampunlardan istifadə etmək olmaz!

Kosmetikasız hamiləlik keçirən bəzi qadınlar şampun və kremlərdən imtina edə bilmir. Bu halda onları tanınmış və etibarlılığına güvəndiyiniz firma mağazalarından alın. Küçələrdən, keçidlərdə, bazardan satılan kosmetikaların saxlanılma şərtləri pozulduğu üçün bu kosmetikalarda olduqca zərərli, mənfi təsirə malik maddələr yarana və dölə arzuolunmaz, çox ciddi zərərlər verə bilər".

Həkim bildirir ki, hamiləlik dövründə müxtəlif kremlərə, şampunlara qarşı yaranan allergiyalar, dölə ötürülə, gələcəkdə uşaqda müxtəlif allergik xəstəliklərə də səbəb ola bilər: "Məsləhətimiz odur ki, hamilə qadınlar yaxşı olardı ki, hipoallergik kosmetikalardan, tərkibi bəsit şampunlardan istifadə etsinlər.

Əksər kosmetik vasitələrin - kremlərin, şampunların, losyonların tərkibində metilizotiozalin adlı kimyəvi maddə var. Bu maddə dəridən qadının qanına sorularaq, dölün beyninə, sinir sisteminin inkişafına çox ciddi təsir edir. Hamiləlik dövründə müxtəlif bioloji ekstrakt tərkibli kosmetikalardan da yersiz, çox istifadə etmək məsləhət deyil".

Ətir hamilə qadınlar üçün real təhlükədir

Ətirlərin tərkibində həddindən çox kimyəvi maddələr olduğundan, allergik dəri reaksiyalarına səbəb olan kosmetikalar arasında birinci sırada yer alır. Əgər ətirlərə qarşı allergiyanız varsa, bu məhsulları istifadə edəndə dərinizdə şiddətli allergik dəri reaksiyaları başlaya bilər.

Nəzərə alsaq ki, hamiləlik zamanı qadınlar daha həssas olurlar, o zaman hamilə qadınlara ətirlərin istifadəsi birdəfəlik qadağan olunsa daha yaxşıdır. Bu özəlliklə dermotoloji problemləri olan qadınlara şamil edilir.

Bütün növ ətirlərin tərkibində "paraben" adlı təhlükəli maddə var. Kosmetik vasitələr arasında ən çox ətirlərin istehsalında istifadə edilən bu maddə kansorogendir. Hamilə qadınların ətirlərdən istifadə etməsi öz övladına ən böyük təhlükə yaratması deməkdir. Çünki bütün inkişaf etmiş ölkələrdə tərkibində "paraben" olan kosmetik vasitələr, əsasən də ətirlərin satışına qadağa qoyulub. Qeyd edək ki, körpəniz üçün istifadə etdiyiniz bəzi dəri kirşanlarında və kremlərində də yüksək dozada paraben var.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri