Doğulmamış uşaqlar üçün fitnes

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 1 675
Səs ver:
(səs: 1)
Hamiləliyin son dövrlərində fitneslə məşğul olan hamilələrin dünyaya gətirdikləri uşaqların əksəriyyəti gələcəkdə piylənmədən əziyyət çəkmir.

Qadınla.com Rusiya mətbuatına istinadən bildirir ki, yeni doğulmuş körpələrin artıq çəkisi onların həyatlarının sonrakı dövründə də qala və piylənməyə səbəb ola bilər.

Adətən, ana bətnindəki uşağın bədəni daxili orqanlar və sümük-əzələ toxumalarından ibarətdir, "uşaq piyinin" əsas hissəsi isə hamiləliyin son dövründə yaranır.

Beləliklə, hamiləliyin son ayında dölün bədənində piy çoxalmasa, bu, çox müsbət hal olar.

Ekspertlər hamilə qadınlara qədərində fiziki təmrinləri məsləhət görürlər - həm özləri, həm dünyaya gətirəcəkləri uşaqları üçün.

Bu onunla əlaqədardır ki, təmrinlər dölün aldığı qanda qlükozanın azalmasına səbəb olur. Nəticə etibarilə uşağın artıq çəki ilə doğulma riski azalır.

Ümumiyyətlə, tədqiqatçılar təyin ediblər ki, hamiləliyin son aylarında daha aktiv olan qadınların 1/4-i digər analarla müqayisədə daha arıq uşaqlar dünyaya gətirirlər.

Bu o demək deyil ki, marafon qaçmaq lazımdır. Hər gün azacıq məşq etmək yetər.

Həmçinin qeyd etmək lazımdır ki, ananın həddən artıq aktivliyi və sərt pəhriz çəkisi normadan az olan uşağın doğulmasına səbəb olur ki, bu da yaxşı deyil.

Qadınlar həkimlə məsləhətləşərək onlara maksimal uyğun fiziki təmrin kompleksləri seçə bilərlər. Həkimlər daha çox üzməyi, təmiz havada gəzməyi və velosiped sürməyi məsləhət bilirlər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri