Necə hamilə qalmalı?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 224 312
Səs ver:
(səs: 31)
 
Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır.
Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır.
Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil.
Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır. Birlikdə olduğu zaman digər pozalara keçmək ola bilər, lakin orqazm zamanı yenidən misyoner pozaya keçərək son vermək lazımdır.
Cinsi münasibət sonrası diqqət edilməlidir:
Münasibətdən sonra qadın ayağa qalxarsa, sperma bayıra axacaq. Hamilə qalmaq istəyən qadın münasibətdən sonra yuyunmamalıdır. İdeal olan ayaqların altına bir yastıq qoyaraq 20-30 dəqiqəyə qədər uzanmaqdır. Kişi də spermanın tam formada içəri daxil olması üçün bir neçə dəqiqə çəkilməməli, gözləməlidir. Münasibət sonrasında pis qoxu gələrsə bu infeksiya göstəricisi ola bilər və həkim müdaxiləsi vacibdir. Vaginal duş heç bir qadına məsləhət görülmür. Münasibətdən qabaq qəbul edilən duş vaginada PH-ın miqdarını dəyişdirdiyi üçün hamilə qalma şansını sıfıra endirir. Münasibətdən sonra qəbul edilən duş isə spermaları uşaqlıqdan kənarlaşdırır və yararsız hala salır.

Qeyd:
- Hamilə qalmaq üçün 3 ay qabaqcadan qorunmağı dayandırmaq lazımdır;
- Hamilə qalmaq üçün uyğun zamanda aşırı cinsi münasibətdə olmaq lazımdır;
- Hamilə qalmaq üçün uyğun dönəmdəki ilk münasibətdən qabaq və iki münasibət arasında kişinin 48 saat boşalmamasının ideal olduğunu unutmayın;
- Səhər erkən vaxtda münasibətdə olun;
- Vaginal duş qəbul etməyin;
- Vaginanın təbii duruşunu təmin edən düzgün pozanı seçin;
- Alternativ intim növləri tətbiq etməyin;
- Su altında münasibətdə olmayın.
 
(səs: 31)
Şərhlər: 1
Baxılıb: 224 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri