Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 759
Səs ver:
(səs: 0)
Hamiləlik normal və təbii prosesdir. Bəzən hamiləlikdən öncə qadının orqanizmində olan xəstəliklər və ya hamiləliyin səbəb olduğu problemlər müxtəlif risklər yaradır. Bu hallar riskli və ya yüksək riskli hamiləlik olaraq qiymətləndirilir. Bu hamiləliklər bəzi hallarda ananın və ya dölün sağlamlığını, hətta həyatını təhlükəyə ata bilər. Riskli və yüksək riskli hamiləliklər mütləq bu sahə üzrə mütəxəssis, yəni perinatoloq tərəfindən nəzarət altında saxlanılmalıdır. Belə ki, riskli hamiləliyə nəzarət normal hamiləlikdən fərqlidir.

Qadınla.Com bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyib.

-Hamiləlik nə zaman riskli olaraq qiymətləndirilir və bunun yaranma səbəbləri nələrdir?

-Ananın yaşının 18-dən aşağı və ya 35-dən yuxarı olması, anada təzyiq, qalxanvarı vəzi, şəkər, ürək, qaraciyər, birləşdirici toxuma xəstəlikləri, damar və digər orqanlarda hamiləlikdən əvvəl mövcud olan sistem xəstəliklər olduqda bu artıq riskli hamiləliklər sırasına aid edilir.

Buna ananın çox zəif və ya çox kök olması, ana ilə atanın qohum olması, ananın hansısa xəstəlik səbəbindən dərman qəbul etməsi, siqaret və ya alkoqol aludəçiliyi, təkrarlanan düşüklər, hamiləliklə əlaqədar ortaya çıxan müxtəlif problemlər və bir sıra digər səbəbləri də aid etmək olar.

Hamiləlik diabeti, zəhərlənməsi, qanaxmaları, uşaqlıq boynu çatışmazlığı, dölyanı mayenin vaxtından qabaq axması, vaxtından qabaq doğuş təhlükəsi, döllə əlaqəli problemlər, çoxdöllü və əkiz hamiləliklər, döldə inkişafın ləngiməsi kimi bir sıra patologiyalar da hamiləliyin risk faktorunu artıran səbəblərdir. Bir çox qadının hamiləlik dövründə nə zaman və hansı problemlə qarşılaşa biləcəyini təxmin etmək mümkün deyildir. Hətta normal görünən hamiləliklərdə də sonradan ciddi problemlər meydana çıxa bilər. Bu səbəbdən hər bir hamiləlik mama-ginekoloqun nəzarəti altında davam etməlidir.

-Riskli hamiləlik zamanı nəzarət necə aparılmalıdır?

-Bəzi xəstəliklərin hamiləlik və dölə ciddi təsir göstərdiyi kimi, hamiləliyin də ananın mövcud xəstəliyinin gedişatına və müalicəsinə təsiri olur. Bu səbəbdən hamiləliyi planlaşdıran qadın ümumi sağlamlıq kontrolundan keçməli, mövcud xəstəliyi ilə əlaqədar müvafiq həkim tərəfindən mütləq müayinə olunmalıdır. Bundan əlavə, günümüzdə dölün inkişaf anomaliyalarının və xəstəliklərinin doğuşdan öncə diaqnozunun qoyulması aktuallaşıb. Bu səbəbdən artıq ana bətnindəki körpənin müalicəsi əhəmiyyət kəsb edir.

Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyil. Bu müxtəlif sahə həkimlərinin qrup şəklində ümumi bilik və təcrübələri ilə aparılan nəzarətdir. Qrupda ginekoloqla yanaşı, kardioloq, terapevt, endokrinoloq, diyetoloq, fizioterapevt və oftalmoloq da olur.

Ümumiyyətlə hamiləlik dövrünü həm ananın, həm də körpənin sağlam və problemsiz keçirə bilməsi üçün hamiləliyə nəzarət, bu sahədə ixtisaslaşmış həkimlər tərəfindən edilməlidir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri