Hamiləlikdə diş ağrıları

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 3 082
Səs ver:
(səs: 0)
Ümumiyyətlə bildiyimiz kimi hamiləlik prosesi zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir. Bu hormonal dəyişikliklər zamanı isə orqanizmdə bir çox dəyişikliklər olur. Çəkinin artması, diş ətlərində çəkilmə, dişlərdə karies proseslərinin sürətlənməsi olur. Bunun əsas səbəbi orqanizmdə hormonal dəyişikliklər zamanı ağız boşluğunda yerli, mikrosirkulyator qan damar sistemində qan dövranında problemin əmələ gəlməsi və eyni zamanda hormonal dəyişikliklərin yüksək olması səbəbindən immunitetin aşağı düşməsi nəticəsində orqanizmin bakteriyalara qaşı olan həssaslığının artması və s. kimi problemlər səbəb ola bilər. Hamilə qadınların diş əti problemlərinin müalicəsi zamanı ginekoloqlarla stomatoloqlar müalicəni birlikdə təqib etməlidir. Çünki diş ətinin müalicəsi zamanı istifadə olunan bəzi dərman preparatlarının ananın özünə və ana bətnindəki körpəyə mənfi təsirləri ola bilər. Buna görə də hamilə qadınlar ağız boşluğunda diş əti çəkilməsinin baş verməməsindən ötrü hamiləliyin ilkin dönəmlərindən ağız boşluğunun gigiyenik təmizliyinə daha diqqətli əməl etməlidirlər. Çünki risk faktoru olaraq hamilə qadınlarda diş əti problemlərinin əmələ gəlmə riski normal insanlarla müqayisədə 30-40 faizdən belə yuxarıdır
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri