Hamilə qalmazdan əvvəl edilməsi gərəkənlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 4 118
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı problem yaşamaq istəmirsiniz müəyyən bir proqramınız olsun.hamile olmaq istəyirəm qərarını vermədən ən az üç ay əvvəl həkiminizə edəcəyiniz bir görüş sizin xeyirnizə olacaqdır. Həkiminiz bu görüşdə sizə müxtəlif testlər və tədqiqlər tətbiq edərək hamiləliyin boyu rast gələcəyiniz problemlər qarşısında sizi xəbərdar edəcək və hamiləliyin daha rahat və sağlam keçməsi üçün müxtəlif üsullar izah edəcəkdir. Bundan başqa, hamiləlikdən əvvəl əgər lazım olsa vitamin möhkəmlətməsi tətbiq edərək müxtəlif anormallıqlara qarşı tədbir görəcəkdir.

Həkiminizin aparacağı araşdırmalardan və tövsiyələrindən sonra təbii ki sizində həyatınızda tabe olmağınız lazım olan bəzi qaydalar olacaq. Buna görə hamiləlik dövrü boyunca həyat tərzinizi dəyişdirməyə hazırlıqlı olun. Əgər davamlı faust food tərzi bəslənirsinizsə ilk atmağınız zəruri addım nizamlı və sağlam bir qidalanma proqramı təşkil etməyiniz olacaqdır. Balanslı qidalanma burada zəifləmə üçün istifadə edilən proqramlardan çox bətninizdəki uşağa və sizin üçün lazımlı maddələri içərisində yetərli səviyyədə olan proqramlar olacaq. Bu proqramlarda mütləq yağ və şəkər miqdarını azaltmalı, zülal baxımından zəngin qidaları üstünlük verməlisiniz. Yağsızlaşdırılmış süd və süd məhsulları, ağ ət və bol miqdarda balıq istehlak etməlisiniz.Bu qidalar sizə hamiləlikdən əvvəl lazım olan vitamin və mineralları almanızda sizə yardımçı olacaqdır. Bunların yanında tərəvəz yeməyi diqqətsizlik etməməli və hər gecə yatmazdan əvvəl meyvə yeməyi də vərdiş halına gətirməlisiniz hamiləlik əsnasında sizə fayda verəcəkdir.

Hamiləlikdən əvvəl adətən həkimin keçirdiyiniz görüşdə dəstək müalicəsi üçün fol turşusu almağınızı tövsiyə edəcəkdir. Uşağın mərkəzi sinir sistemində hər hansı bir problem yaranmaması və sağlam bir şəkildə inkişafını davam etdirə bilməsi üçün hamiləliyin ilk günlərindən etibarən müntəzəm olaraq fol turşusu alınması olduqca vacibdir. Təzə olaraq istehlak edilən yaşıl tərəvəzlər ecazkar bir fol turşusu yəni B9 vitamini mənbəyidir. Amma çox gözləmiş və artıq özü də bərk üzrə olan tərəvəzlərdə bu nisbət getdikcə düşür. Ən çox fol turşusu ispanaq, yer fıstığı, fındıq və gül kələm da var.

Bir başqa diqqət etməyiniz lazım olan nöqtə isə qətiyyən siqaret istismarından uzaq durasınız. Siqaret çəkmək hamiləlik nisbətini aşağı salır və hamiləlik əsnasında spirtlə birlikdə istifadə edildikdə uşaq salma və ya uşaqda inkişaf çatışmazlığına səbəb olur. Bu səbəbdən ötrü mütləq hamiləlik əvvəl və hamiləlik əsnasında siqaret və alkoqoldan uzaq dayanmaq lazımdır.

Stress və narahatlıq həyatınızın hər zaman olmasa olmazlarındandır. Günümüzdə bir çox insan gün ərzində həddindən artıq stress və ya narahatlıq yaşayır. Lakin hamiləlik əsnasında hər iki mənfi hissdən də uzaq dayanmaq yada durulmağa çalışılması lazımdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 118
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri