Hamilə qalmağa ən uyğun günlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 273
Səs ver:
(səs: 0)
Cütlər özlərini uşaq böyütməyə hazır hiss etmədikləri dövrdə müxtəlif yollarla qorunurlar. Amma özlərini uşaq sahibi olmağa hazır hiss edəndə həqiqətin fərqinə varırlar. Çünki hamiləlik dövrü 30 günlük prosesdə yalnız dörd günlük bir zaman kəsiyidir. Bu dörd günlük period mayalanmaq üçün hazır olaraq saxlanılan yumurtalığın tam yetkin vəziyyətinə gəlib dörd gün sonra da atılmaq üçün bətnə çatmasını əhatə edir. Əgər adət dövründən əvvəlki dörd gün içərisində yumurta hər hansı bir sperma hüceyrəsi tərəfindən mayalanmır isə xanımda adət qanaxması başlayır.

Buna görə hamiləlik prosesinin şansını yüksəltmək üçün tam yumurtlama dövründə cinsi əlaqəyə girmək faydalıdır. Bu dövrü necə və nə şəkildə anlayaq? Bu sualın cavabını öyrənmək üçün tətbiq edə biləcəyimiz müxtəlif üsullar var. Adətən xanımların bu mövzudakı ilk seçimi;Adət gördükləri tarixləri ay ay qeyd edərək özlərinə bir adət təqvimi hazırlamasıdır.Adət dövriyyəsi müntəzəm olan xanımlarda bu üsul adətən müsbət nəticə verir. Normalda xanımların adət dövriyyəsi iyirmi dörd ila otuz altı gün arasında dəyişik göstərir. Bir sonrakı adət gününün başlanğıcından əvvəlki on dörd günlük müddətin iki gün öncəsi və iki gün sonra bu bəhs etdiyimiz zaman kəsiyinə uyğun gəlir.

Heç bir doğum nəzarət metodunu tətbiq etməyən və bir həftə içərisində üç və ya dörd dəfə cinsi əlaqəyə girən cütlüklərin bir il ərzində hamiləlik şanslar ı%80 nisbətindədir. Geri qalan faiz isə əgər cütlüklərdən ikisi də sağlamdırsa (sonsuzluq və s kimi hallar yoxdursa) ikinci il hamiləlik görülə bilər. Bu səbəbə görə hamiləlik vəziyyəti dərhal əmələ gəlmirsə isə təşviş edilməməli və iki il keçənə qədər narahat edilməməlidir. Bu müddətindən sonra əgər hələ də hamiləlik yoxsa həkimə müraciət edə bilərsiz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri