Hamiləlikdə lazer epilyasiyası körpəyə ziyan edərmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 33 009
Səs ver:
(səs: 0)
Hamiləlik prosesi, orqanizminizdə bir çox dəyişikliyin meydana gəldiyi dövrdür. Bunlardan biri də, hamiləlik hormonlarının təsirilə artan tüklənmələrin başlaması və çoxalmasıdır. Doğum sonrası bu tüklərin çoxu öz-özünə yox olur.Ancaq bəzi ana namizədləri bu vəziyyətdən narahat ola bilər və həll olaraq da lazer epilyasiya seçim edə bilər.

Hamiləlik ilə artan tükılənmələr və ya hamiləliyin əvvəl fərdi baxım üçün müraciət edilən bir üsul olan lazer epilyasiya nə dərəcədə sağlam? Hamiləlikdə lazer epilyasiya etdirmək, ana namizədinə və körpəyə zərər verir mi? Lazer epilyasiya hamiləlik müddətində də davam edə bilərmi? Bütün bu suallarınızın cavabı, yazımızda.

Hamiləlikdə Lazer Epilyasiya Körpəyə Zərər Verir mi?
Lazer işıq enerjisi istifadə edilən bir üsul olub, dəri tüklərindən təmizləmək üçün tez-tez istifadə edilən bir üsuldur. Ortaya çıxan elektromaqnit şüa, rentgendə istifadə edilən X-işıqlarından fərqli olaraq, toxuma daxilində irəliləmə xüsusiyyəti yoxdur. Yəni, tük köklərinə birbaşa təsir edən bu üsul, toxuya zərər verməz. Şüa yalnız əməliyyatın aparıldığı sahə, yəni bir neçə millimetrlik bir sahəyə təsir göstərir. Bu səbəblə ana bətni daxilindəki körpəyə çatması və ya zərər verməsi mümkün deyil.

Bənzər şəkildə radio dalğaları ilə çalışan epilyasiya sistemlərində də körpə ilə bağlı məlum olan bir risk yoxdur. Bu cihazlar X şüası ilə işləyən rentgen aparatlarına görə daha aşağı tezlik və energetikada şüayla çalışır. Bundan daha əhəmiyyətlisi söz edilən radiasiya, iona edici xüsusiyyəti olmayan radiasiyadır. Proses bitəndə ortada radiasiya da qalmaz. Bu səbəblə hamiləlikdə istifadəsilə bağlı məlum olan bir risk söz mövzusu değil.Bütün bu müsbət nəticələrə baxmayaraq, yenə də dermatologlar tərəfindən hamilələrə lazer epilyasiya tətbiq etmələri təklif edilmir. Hamilə lazer tətbiq etməsilə bağlı araşdırmalar etik baxımdan çox əlverişli olmadığı üçün məsləhət görulmür. Xüsusilə də hamiləliyin ilk 3 ayında. Sonrakı aylarda da ananın körpəsinə zərər gələcəyi qorxusu, lazer etdirərkən körpənin hərəkətə gəlməsi və yüngül ağrının ananı narahat etməsi kimi hallar sözügedən ola biləcəyi üçün tövsiyə edilmir. Başlanmış bir lazer epilyasiya müalicəsi varsa və hamiləlik bu prosesdə yarandısa müalicənin hamiləlik sonraya təxirə salınması lazımdır.

Diqqət edilməsi lazım olan digər bir önəmli məqam da, lazer epilyasiya yaxşı araşdırılıb, mütəxəssis şəxslərə etdirilməsidir. Mütəxəssislər, lazer epilyasiya başlanmazdan əvvəl yaxşı məlumat sahibi olmağın şərt olduğunu deyirlər.Bilindiği kimi, hər tin başında bir lazer mərkəzi var artıq, hətta internet kampaniyaları çox əlverişli qiymətlərlə belə bu xidməti satın almaq mümkün.Ancaq ki, mütəxəssis olmayan şəxslərə əməliyyat etməkdən çəkinməkdə fayda var. Yaxşı araşdırılmadan etdirilən epilyasiya prosesi, pulunuzun əbəs getməsinə səbəb olarkən, sağlamlığınızı da təhdid edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 33 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri