Hamiləlik zamanı ayaq şişmələrinə məsləhətlər

Müəllif: Meleknur
Şərhlər: 3
Baxılıb: 2 771
Səs ver:
(səs: 0)
Hamiləlikdə ayaq şişməsinin qarşısını almaq üçün bir neçə praktik məsləhətlər.

1) Hamiləlikdə ayaqların şişməsinin qarşısını almaq üçün ən əhəmiyyətlisi ayaq üstə çox qalmamaqdır.

2) Xüsusən işləyən xanımlar istirahətə daha çox vaxt ayırmalıdırlar. Evdə qab yumaq, ev yığışdırmaq və
bu kimi işlərdə çox ayaq üstə qalmaq olmaz.

3) İstirahət edərkən mütləq ayağınızın altına bir yastıq qoyub uzanın.

4) Divan və kreslo və s. oturarkən ayaqlarınızı aşağı salmayın. Mümkünsə ayaqlarınızı yerə paralel şəkildə uzadaraq oturun.

5) Yüngül bir gəzişmə və idman çox gözəl təsir edəcək.

6) Həddən artıq duz istifadəsindən uzaq durun. Kilo almanızı nəzarətdə saxlamalısınız. Hamiləlikdə təbii şəkildə kilo alınır, ancaq həddən artıq kilo ayaq şişlıyindən əlavə orqanizmdə başqa fəsadlar da yarada bilər.

7) Yanı üstə uzanaraq yatmağa çalışın.

8) İsti şişkinliyi artırdığı üçün isti havalarda evdən çıxmayın.

9) Əgər imkan olarsa, üzmək çox yaxşı təsir göstərəcəkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri