Hamilə qadınlara bunlar ziyandır

Müəllif: Ani Guseynova
Şərhlər: 4
Baxılıb: 2 986
Səs ver:
(səs: 1)
Hamiləlik ərzində həm ana, həm də körpənin sağlamlığını təhlükəyə atmamaq üçün diqqət edilməli olan bəzi məqamları bu şəkildə Qadınla.com təqdim edir

Pasterizə edilməmiş məhsullar:

Pasterizə edilməmiş süddən hazırlanan məhsullarda olan laktoza maddəsi erkən doğuşa, uşaq salmaya və ya az çəkili körpəyə sahib olma riskini artıra bilər.

Qara çay, qəhvə, qazlı içkilər:

Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıra, uşaq salma və erkən doğuma, qazlı içkilərdən çox istifadə isə qlükozanın artımına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur.

Dəri ləkələrinə qarşı dərmanlar və yaşlanma əleyhinə kremlər:

Bu tip kremlərin tərkibində olan kimyəvi maddələr embrionun inkişafına mane ola bilər. Hamiləlikdən əvvəl və həmin müddətdə tərkibində yüksək dozada A vitamini olan bu tip kremlərdən istifadə problemli körpə dünyaya gətirmə riskini artırır.

Saçı boyamaq olmaz:

Saç boyaları amonyak və müxtəlif kimyəvi maddələrlə zəngindir. Saç dərisinə nüfuzu nəticəsində embriona kimyəvi təsir edə bilər. Xüsusilə hamiləliyin ilk 3 ayından sonra saçı boyamamaq və ya təbii xınadan istifadə etmək məsləhətdir.

Çiy ət və dəniz məhsulları:

Çiy məhsullarda toksoplazma paraziti var və bu parazit hamiləyə keçəndə uşaq salmaya, körpələrdə eşitmə, görmə problemi, sinir xəstəliklərinə, yüksək temperatur, sarılıq kimi xəstəliklərə səbəb ola bilər. Bu məhsullar zəhərlənmələrə də gətirib çıxara bilər. Həm də dənizin ağır metallarla çirklənməsi dənizdəki canlılara da təsir edir. Buna görə də hamiləlikdə çiy dəniz məhsullarından uzaq durmaqda fayda var. Balıq seçərkən diqqətli olun, əsasən mövsüm balıqlarına yer verin.

Siqaret olmaz:

Siqaretin sağlam adama ziyan verdiyini hamınız çox yaxşı bilirsiniz. Hamilələrdə isə bu ziyan ikiqat çoxdur. Bu ziyanlı vərdiş ana ölümünə kimi apara bilər.

Spirtli içkilər:

Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşaq əqli cəhətdən geri qala bilər.

Həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz:

Xüsusilə hamiləliyin ilk üç ayında nəzarətsiz istifadə edilən bəzi dərmanlar uşaq salmaya və anormallıqlara səbəb ola bilər.

Kompüter, mobil telefon və mikrodalğalı soba:

Bu cihazların yaydığı radiasiyanın zərəri rəsmi sübutu olunmasa da, bu cihazlarla mümkün qədər az ünsiyyətdə olmaq lazımdır.

Həşərat dərmanı, amonyaklı təmizləyicilər:

Uçucu toksinlər hamilələrin uzaq durmalı olduğu maddələrdir. Bu kimyəvi maddələrlə ünsiyyət həm ana, həm də körpənin sağlamlığına çox ciddi fəsadlar vura bilər. Dırnaq boyaları da uşaq sağlamlığına təhlükə yaradır.

Rentgen və tomoqrafiya:

Bu cihazlar "X-Ray" şüaları ilə işləyir və təhlükəli nəticələrə gətirib çıxara bilər. Hamilələr hətta ən önəmli yerlərdə belə detektor müayinəsindən uzaq durmalıdırlar
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri