Doğum üçün ən uyğun fəsil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 3 403
Səs ver:
(səs: 5)
Hamiləlik və doğuş - hər bir özünə hörmət edən qadının həyatında çox mühüm bir dövrdür. İlk doğum xüsusilə məsuliyyətli olduğundan qadın planlı hərəkət etməyə çalışır.
Kimi övladının vitamin bolluğu baxımından yayda olmasını, kimisi isə tətil planlarını pozmamaq üçün qış fəslini münasib bilir.
 
Bu planlamanın mənfi və müsbət cəhətləri:
 
Qışda doğulanlar - Yay tətilini evdə keçirmək istəməyənlər üçün ideal vaxtdır. Qışda uşaq doğulubsa yay aylarına qədər ən azı 6 aylıq olur və rahat dənizə aparmaq olur. Qışda doğulan uşaqlar digər fəsillərdə anadan olan uşaqlara nisbətən çəlimsiz olur.

Baharda doğulanlar - Ana orqanizminin bərpası baxımından çox əlverişlidir.
Baharda yetişən vitaminli tərəvəzlər nə qədər orqanizm üçün xeyirli olsa da körpənin orqanizmində allergik reaksiya yarada bilər.Olduqca diqqətli olmaq lazımdır.
Yayda  doğulanlar - Bu fəsilin müsbət cəhətləri ondan ibarətdir ki,körpənin dünyaya gəldiyi ilk həftədən etibarən,artıq onu gəzintiyə çıxarmaq olar.Körpəyə soyuq dəymə ehtimalı demək olar ki,yoxdur.
Digər yaşıdları ilə müqayisədə yayda doğulan uşaqlar daha sağlam olurlar.
Payızda doğulanlar - Doğuşun payızda olması yaydan qalan enerji baxımından çox əlverişlidir. Vitamin ehtiyatı yaydan tam qaydasında qalır, ona görə də avitaminoz və raxit kimi problemlər uşaqda rast gəlinmir. Mənfi cəhət isə ananın tez depressiyaya düşməsi olur.
 
Fəsildən asılı olmayaraq, Allah arzusunda olan hər qadına bu hissi yaşamağı nəsib etsin.
Amin!
(səs: 5)
Şərhlər: 16
Baxılıb: 3 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri