Körpələr bütün gecəni yatmalıdırmı?

Müəllif: _Gunay_
Şərhlər: 5
Baxılıb: 591
Paylaş:
Səs ver:
(səs: 0)
Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Valideynlərə verilən bu məsləhətlərin öz-özlüyündə yalnış olmaqlarına aydınlıq gətirmədən, sadə bir sualan nəzər yetirək- “Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?” Valideynlərə cavab qısaca olaraq, “Xeyr”-dir. Elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələr isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır hətta, körpələrin sağlamlığı üçün önəmlidir. Valideynlərin nəzərinə çatdıraq ki, körpələrin mədəsi çox kiçikdir- yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır.

Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya valideyn tərəfindən yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin “beşik ölüm” və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq valideynlərə qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri valideynlərinə, xüsusən analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının validyenlərə verilən uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki, körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər.

Əgər onlar oyanırlarsa demək buna səbəblər var:

Körpəyə isti və ya soyuqdur.
Körpə acdır.
Körpənin bezi dəyişdirilməlidir.
Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stresə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.
O ki, qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənilən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qazlılıq, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da, oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa demək buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 591
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gultekin.A
Yazilanlar dogrudur ilk aylarda korpe gece ile gunduzu sehv salirlar.sonralar uwaqi rejime oyretmek lazimdi.zaman kecdikce ana bilirki korpeye soyiqdi ya isti meselen menim oglum sevmir istini sehere qeder ustu aciq yatir.orte n kimi ayilir.evvelle cetinliklerim cox olurd kopu sancisi olurdu ya sehv salirdi gece gunduzu.indi wukur rejimdeyik

O gunu gozleyirem yuxusu gelende ozu yerinde yatardi ayagda yellemekden birteher olmuwam))
27 mart 2018 23:23
5
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
Dan ulduzu
Sukur yuxusuz gecelerim qaldi arxada.tek basina boyutmusem usaqlarimi.bezen cetin olurdu mene.ancaq sebirli olun qizlar.usaqin narahatciliqi olurki yatmir aqliyir.lazimdi rejime salmaq usaqi
27 mart 2018 17:13
4
Offline
BARBI
Korpeler tez tez oyanmalidir.Yatmirsa bir problemi var demekdir
26 mart 2018 23:50
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
annelercin maraqli melumat olar
26 mart 2018 23:38
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Evveller qizim geceler yatmirdi hardasa3 aya kimi bele oldu.ama ondan sora sukur 11 yatir seher saat 7 durur.herden gece durub yemeyi yeyir yene yatir...mence narmalni yatir
26 mart 2018 22:58
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri