Körpə qulluğunda doğru bildiyimiz yanlışlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 764
Paylaş:
Səs ver:
(səs: 1)
Körpəyə qulluq mövzusu çox həssas yanaşma tələb edir. Əksər insanlar isə bu barədə yanlış məlumatlara sahibdirlər.

Həmin doğru bilinən yanlışları təqdim edirik:
Körpə 40 günlük olana qədər çölə çıxarılmaz – Körpənin və ananın 40 gün çölə çıxmaması adət halını alıb desək yanılmarıq. Bu isə körpənin xəstələnməməsi üçün atılan addımdır.

Həkimlər ana və uşağın özünə gəldikdən və əmizdirmə zamanı saata düşdükdən sonra çıxmasının uyğun olduğunu bildiriblər.

Açıq havada gəzmək hər zaman daha yaxşıdır. Ticarət mərkəzləri kimi qapalı məkanlardan qaçınmalıdır. Günəşli havalarda 10-15 dəqiqə ilə başlayaraq bir saata qədər çıxıla bilər. Ancaq yeni doğulmuş körpənin uzun saatlarla çöldə olması, insanlarla yaxın təmasda olması xəstə edə bilər.

Göbəyi düşənə qədər çimizdirmək olmaz – Yeni doğulan körpənin göbəyi 5-10 gün arasında öz-özlüyündən düşər. Göbəyi nəm qalmazsa daha tez düşər. Bu səbəbdən tez-tez göbəyi yumağa ehtiyac yoxdur. Hamamda isladılması həm göbəyin düşməsini gecikdirir, həm də uyğun olmayan yerdə çimizdirilməsi mikroba yoluxdura bilər.

Bu səbəbdən göbək düşənə qədər çimizdirilməməlidir. Əgər uyğun təmiz şərait varsa çimizdirilə bilər.

Təxminən 50 il öncə körpələrə şəkərli su verildiyində uşağın sarılıq olmayacağı və ya daha yüngül keçirəcəyi inancı mövcuddur. Daha sonra aparılan araşdırmalarda heç bir faydasının olmadığı hətta zərərli olduğu göstərilib. Ana südü ilə qidalanan körpəyə çöldən su verilməsi doğru deyil.

Bəziləri körpəyə gecələr hazır qida verməyi üstün tuturlar. Bununla uşağın gecə daha rahat yatacağı düşünülür.

Ana südü mədəni daha tez tərk etdiyi üçün körpələr tez-tez acır. Bu ana südünün tez və rahat həzm olunması ilə əlaqədardır. Körpə tez-tez durur deyə hazır qida vermək düzgün deyil. Ana südü xaricində uşağa hər verilən qida körpənin ana südündən yararlanmasını azaldır.

//hekimtap

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 764
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
annecikler yaxsi melumatdir
1 may 2018 18:55
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ürek...
40 gozlememisem,her iki usagimda eve cixan kimi qohumlar gelibler,1cide qaynanam komek edib ilk 10gun yuyundurub,sonra her seyi ozum etmisem,2cidede cox sagolsun boyuk qizima ozu baxdi mende balacaya baxdim,her iksin gobeyi dusenden sonra cimizdirmisem.1ci usaqda hami cetinlik cekir,2cide artiq cox seyi bilmis olururq
1 may 2018 11:28
11
Offline
Son Bahar
Mən oglumu rayonda dunyaya gətirdim.Kesr olacaqdim həmdə ilk usaqiydi.Yanimdada hec kim yox ! Məcbur rayona gedesi oldum.15 guluk idi oglum göturub gələndə evə mən hec 40 falan gözləmədim.Yadimada dusmurduku 40 -am falan filan.Cox sukur hec bir seydə olmadi.Oglumu naturalni ihi ana sudunnən qidalandirmisam 8- ayina kimi.Onan sonrada yeməklərə kasalara baslamisiq.Gobəyi dusənə qədərdə cimizdirmədik 12 -gunə dusdu duzihi 2,3 ay biraz cetinliklə baxmisam ancaq vhatsapda həkimlə məsləhətləsib ona ugun saxlamisam usagi indi boyuyub balamlaylay özu özunu idare eləməyi bacarir ujee.Allah butun qadinlara nəsib etsin ana olmagi gözəl hisslərdi.
1 may 2018 00:16
10
Don’t try to be different. Just be good. To be good is different enough.✌(Aynen)✔✔✔
Offline
BARBI
Men tecrubesizem bu islerden anlamiram.Oxuyub melumatlanmaq yaxsi oldu
30 aprel 2018 21:02
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Təcrübəsi olmayanlar üçün faydalı məlumatlardır körpə uşaqlara qulluq barədə kifayət qədər məlumatlıyam çünki kiçik bir qardaşım var)) və onun hər anı ayrılmaz olub mənimlə deyim ki, heç də asan deyil hələ tək öhdəsindən gəlinirsə) Allah bütün arzusunda olan xanımlara nəsib etsin inşAllah).
30 aprel 2018 19:09
8
Offline
YalniZ-ArZu
Uwww wekildekinin tavrina baxe sen :)))
Ilk ogluma qaynanamin yardimiyla baxmiwam,sagolsun cox komek edib mene...ikinciye emeliyyatdan cixdigim ucun mamam komek edib,ancaq artiq cox weyi bildiyimden yuyundurmaq falan ozum edirdim.O qeder balacaydiki,mamam qorxurdu elinden suruwub duwe.:))
Yemeye smes vermiwem her ikisine,her 3 saatdan bir acirdilar.Gece de hemcinin her 3 saatdan bir smes verirdim.
40 gun bayira cixarmamaq kimi bir inanc da var bizde,hetta 40 gun uwagin ve zahi ananin ustune hec kim gelmeli deyil.Meni de qoruyublar ele weyden,(inanmasamda qetiyyen) eve qonaq gelende ele edirdik ki,men korpeyle onlara dogru gedirdim,onlar yox.Ne qeder batil inanc olsa da,riayet edirdim,cunki boyukler o qeder qorxuzurdularki meni))
Menden kecdi artiq korpe bebe qullugu,wukur boyuyub balalarim.
Korpesi olanlar ucun ve ana olmaga hazirlawanlar ucun ela xeberdir,oxuyun faydalanin.
Allah arzusunda olanlara da qismet elesin.
30 aprel 2018 17:39
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Dan ulduzu
Her kesin evinden korpe sesi gelsin insallah.qizlarimizin her biri ana olsun.men sukur bu etaplardan kecdim saqsalamat.iki ovladima tek basina ozum baxmisam.hekimler cox razi qalirdi mennen.hamile qizlarimiz oxuyun faydalanin bucur xeberlerden.men cunki hey jurnallar oxuyurdum usaqlara aid.
30 aprel 2018 17:17
6
Offline
fiyonik
Cetindi usaq saxlamaq men saxlamisam qardasimi men boyudmusem yemeyini cayini pamperini deyismisem yuyundurmusam cimdirmisem paltarini yumusam hami deyir mene omerin,yeni qardasimin kicik anasi anamin o vaxtlar tezyiqi var idi onun ucun 122
30 aprel 2018 16:26
5
But my dear it is not Wonderland you are not Alice
Offline
CANAN
Korpe saxlamag cox cetindi.indi qizim olur qizdirmadan burun bogaz qulaq.hamsi hir birine qarisib.
Balacaliqdan ozum baxiram.tez tez cimdirmirem cimdiren kimi xesdelenir.havaya cixariram ama tez tez.
Allah ozu qorusun korpelerimizi
30 aprel 2018 16:16
4
canan qizim sirin seker qizim.
Offline
ülü16
ALLAH bütün arzusunda olanlara qismət etsin in şə ALLAH
30 aprel 2018 16:11
3
Offline
Cema_Axodova
men geceler uwaqlarima yemek vermemiwem qoy rahat yatsinlar deye gece 12den seher 6yacan yemek yemiyibler.
30 aprel 2018 16:00
2
Offline
Sabah Uykum
Korpe saxlamag cetindi.Allah butun analari ve korpeleri qorusun.
30 aprel 2018 15:06
1
Sen kiwisen men qadin♡♤
Sen incidersen men inciyerem♤♡
Sen kanatirsin,men sariyaram■
Sen unudarsan men esla unutmaram,
Men QADINAM yer uzunun en boyuk doyuwcusu!
Istesen Ana olar ,Baci Olar,YaR olar,yaran olaram.
Istemezsen duwmen bile olmaram....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri