Uşağınızla birgə mətbəxə keçin!

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 1375
Paylaş:
Səs ver:
(səs: 0)

 

Mütəxəsislər ana və atanın  fürsət tapdıqca uşaqları ilə mətbəxə girib yemək hazırlamalarını tövsüyə edir.  Uşaq ilə bərabər  yemək hazırlayan zaman həm övladınızı, həm də sizin bir çox yaxşı təcrübə qazanacağınız vurğulanıb.
Ən kiçik bir fürsətdə belə vaxtını övladı ilə keçirmək istəyən valideynlər, uşaqlarınızı alıb, mətbəxə girin və ayrı keçirdiyiniz zamanların əvəzini çıxmağa çalışın .
Yemək bişirən zaman həm uşaq, həm də ana- ata bir- birlərini daha yaxşı anlamağa və gözəl ünsiyyət qurmağa nail olar. Ana ilə uşaq arasında üsniyytə daha da artar və uşaq da yemək hazırlamaqdan böyük zövq, sevinc duyar. 
Birlikdə yemək hazırlamaq uşağa nə qazandırır?
Bu zaman aralarında söhbət edərlər, gün ərzində yaşananları danışmaq fürsəti əldə edərlər, bu da onları bir-birlərinə daha çox yaxınlaşdırar.
Uşaqların əl qabiliyyəti artar, yaradıcılıq qabiliyyətləri inkişaf edər.
Uşaq bir işə yaradığını və böyüdünü hiss edər, özünə güvəni müsbət tərəfə doğru istiqamətlənər. Özünü özəl biri hiss edər.
Televizor izləmək, kompüterin qarşısında oturub oyun oynamaq kimi faydasız məşğuliyyətlərdən uzaq olar. 
Övladı ilə gözəl vaxt keçirən ana özünü daha yaxşı hiss edər. Xüsusən də işgüzar xanımdırsa, uşağı ilə yetərincə maraqlanmadığına dair var olan günah hissi azalar.
Ana və qız birlikdə yemək hazırlayarsa, qız  anasını özünə nümunə götürər və sevinc duyar. Yox, ana və oğul birlikdə nə isə hazırlayarsa, o zaman oğul anasına yardım etməkdən qürur duyar.
Odur ki, uşaq mətbəxi çirkləndirər və ya dağıdar kimi fikirlərdən uzaq olun və birlikdə əylənərək yemək hazırlamağın dadını çıxarın. Sonra isə gözəl bir süfrə quraraq hazırladığınız yeməyi ləzzətlə yeyin.

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1375
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv