Ərköyün uşaqlar əsəbi olur

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 5100
Paylaş:
Səs ver:
(səs: 0)

Uşağın səni idarə etməsinə icazə vermə!
Uşaqların ailədə “hakimiyyət” sahibi olmağı, evdə valideynlərinə yardım edib-etməsi ilə müəyyənləşdirmək olur. Evdə bütün işləri ana-ata edirsə, ən xırda işdə belə  valideynlərinə yardım etmirsə, bu, onların məsuliyyətsiz olduğunu göstərir.
Ərköyün  uşaqların qarşılaşdığı problemlər aşağıdakılardır:
1. Belə uşaqlar başqa insanlarla qarşılıqlı hörmət, istəklərinə və duyuğularına anlayış göstərməyi öyrənə bilməz.
2. Ana və atalarına öz istədiklərini etdirməyi bacaran uşaqlar eyni şeyi başqa insanlardan da gözləyər.  Yad insanlardan da eyni şeyi görmədikdə dava-dalaş çıxara bilərlər. Belə halda isə qarşıdurma yarana bilər.
3. Hər zaman evdə diqqət mərkəzində olması, digər yerlərdə  “əsas rolda” olmaq istəyinə gətirib çıxarar. Dünyanın ancaq onun ətrafında fırlandığını düşünən uşaq, sosial mühitlərdə də “padşah rolundan” çıxa bilməz.
4. Valideynlər nə vaxtsa uşağın istəklərini yerinə yetirməkdən imtina edərsə, ya da hər hansı qadağa qoyarsa, onları günahlandırmağa başlayar. Aqressiv hərəkətlər sərgiləməyə (qışqırmağa, əşyaları sındırmağa və.s)  başlayar.
5. Uşaq böyüdükcə özünə aid ciddi qərarlar verə bilməz, bütün məsuliyyəti başqalarından gözləyər. İşlər qaydasında getməyən zaman isə bütün günahları başqasının üstünə atar.
6. Hər istədiyi edilən, evdə valideynlərini idarə edən uşaqlar xoşbəxt olmaz. Onlar qərarsız, çətin xarakterli  bir tip olaraq böyüyərlər. 
7. Gözləməyi, səbr etməyi, istədiklərni təxirə salmağı bacarmayan uşaqlar cəmiyyətdə normal insan olaraq yetişmir. Belə uşaqlar əslində, valideynlərin yalnış tərbiyəsinin qurbanıdır.

 

Redakte etdi: PRETTY GIRL


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 5100
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv