Uşağınızın inkişafına kömək edən möcüzəvi qidalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 691
Səs ver:
(səs: 0)
Şirin kartof: Güclü bəsləyici xüsusiyyətlərinı malik olan bu tərəvəz bitkisi C və A vitamini ilə zəngindir. O çox faydalıdır.

Banan: Ən mükəmməl qidalardan biri olan banan, təbii olaraq şirindir və vitaminlərlə dolğundur.

Yunan balqabağı (kabaçok): Uşaqlar üçün ən yaxşı qidalardan biri hesab olunan bu tərəvəzin müxtəlif adlarda bir sıra çeşidləri var. Onu buxarda bişirin, tərəvəz suyu da əlavə edib ondan püre hazırlayın. Uşağınıza yedirdin. Bu çox faydalıdır.

Təbii, tam yağlı qatıq - Körpəniz 6 aylıqdırsa və südə qarşı alergiyası yoxdursa, probiotiklərə başlamanızın ən yaxşı yolu evdə hazırladığınız qatıqdır.

Evdə hazırlanan şorba - Evdə hazırlanan tərəvəz şorbası dadlıdır, xeyirlidir və sağlam uşaq qidasıdır. Hazırladığınız şorbaya duz qatmayın.

Qaragilə - Digər ən yaxşı qidalardan biri də qaragilədir. C və A vitamini ilə zəngin olan qaragilədə bol miqdarda antioksidant vardır. Qaragilə ürək, göz və beyin kimi uşaq vücudun hər hissəsi üçün xeyirlidir.

Yumurta - çox miqdarda protein üçün ev yumurtaları tapmağa çalışın. Yumurtada "Omega3" yağ asitləri və B vitamini var.

Yulaf - Yulafla uşaqlara səhər yeməyi hazırlaya bilərsiniz. O birbaşa protein qaynağıdır. E vitamini, dəmir və maqnezyum kimi bir çox vitaminlərlə zəngin olan yulafa bir az meyvə və bal qataraq daha da dadlandıra bilərsiniz.

Lobya - Ən yaxşı qidalardan olan lobya portağal kimi bir çox meyvələrin tərkibində olan antioksidanların 10 qatını daşıyır. Avakado - Uşağınız üçün ən mükəmməl qida olan avakadonun hazırlanması asandır. Onu kəsmək kifayətdir.

Avakado - Uşağınız üçün ən mükəmməl qida sayılan avakadonun hazırlanması asandır. Onu kəsmək kifayətdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri