Yeni doğulmuş uşaqlarda daha çox rast gəlinən problemlər

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 95 935
Səs ver:
(səs: 4)

 

 

Bişməcə: uşağın altının uzun zaman nəmli və havasız qalması nəticəsində meydana çıxan dəri qızarmasıdır. Bəzi uşaqlarda bişməcə digərlərinə nisbətən daha çox rast gəlinir.Bu hər bir uşağın   fərdi xüsusiyyətindən asılıdır. Bişməcənin qarşısını almaq üçün hər dəfə  altını dəyişərkən qaynanmış su və uşaq sabunu ilə yuyub qurulamaq xüsusi yağ və ya losyon çəkmək, arada açıq saxlamaq  lazımdır. Bişməcə uzun müddət davam edərsə həkimə müraciət etmək lazımdır.

 

Qartmaq: bəzi uşaqlarda başın tüklü hissəsində rast gəlinən qabıqlanmadır. Əsasən altı ay sonra öz özünə keçib gedir. Çimizdirmədən öncə üzərinə bitki yağı ilə kompres qoymaq daha tez təmizlənməsinə yardım edir.

Süd yarası: uşağın ağzında, damaqda, yanağın içəri səthində, dildə rast gəlinən göbələk mənşəli  ağ ərpdir . Bu zaman uşağa göbələk əleyhinə dərman təyin etmək lazımdır. 

Gözdə çapaklanma:  ilk 2 həftədə daha cox rast gəlinir. Bu zaman gözləri steril bintlə qaynanmış su və ya furasilin məhlulu ilə silmək, 1-2 gün ərzində nəticəsi olmazsa, həkimə müraciət etmək lazımdır. 

Ağlama tutmaları: uşaqlarda ikinci həftədən başlayan  və üçüncü ayaqədər davam edə bilən qarın ağrısı tutmaları ağlamaqla özünügöstərir. Əsasən axşam saatlarında başlayır və bir neçə saat davam edə bilir. Bu zaman uşağı rahatlatmaq üçün altı kirlidirsə dəyişmək,  qarnına, ayağına bir qədər isti qoymaq, uşaqla danışmaq, sakitləşdirməyə çalışmaq lazımdır.

Sarılıq: yenidoğulmuşların  yarısından çoxunda rast gəlinən, həyatın 3- 4cü günündən başlayır. Müalicə tələb etmir, amma həyatın ikinci sutkasından erkən başlayarsa və ya iki həftədən çox davam edərsə həkimə müraciət etmək lazımdır.

Göbək güdülü: doğumdan sonra ilk həftənin sonunda düşür. Nadir hallarda güdülün düşməsi 3-4  həftəyə qədər uzana bilər. Göbək güdülü düşmədən uşağı vannaya salaraq çimizdirmək olmaz. Toz şəklində olan dərmanlar iltihablaşmaya səbəb ola bildiyinə görə göbək baxımında istifadəsi məsləhət deyil. Göbək güdülünün  ilk ayın sonunadək  düşməməsi, düşdükdən sonra yerindən axıntı olması, göbək yarasında qanama olması, ətrafının qızarmış, şişkin olması normal deyil, belə hallarda həkimə müraciət etmək lazımdır.

Yenidoğulmuşun çimizdirilməsi:ilk həftə boyunca dəri təmizliyi bədəni, bütün büküşləri ilıq suda isladılmış pambıq və ya yumşaq dəsmalla silinərək aparılır. Təmizlikdən sonra uşağın bədəni qurulanır, dərisinə bitki yağı cəkilir.

   Çimizdirərkən otağın tempraturu 28-30C, suyun tempraturu 37-38C olmalıdır. Uşaq vannaya salınır, qoltuq altı, qasıq arası yumşaq dəsmal vasitəsilə sabunla yuyulur, sonda üzü və başı yuyulurş.  Yumşaq, bir qədər öncədən isidilmiş dəsmala bükülüb qurulanır, dəri büküşləri yağlanır və geyindirilir. Yenidoğulmuşu yayda hər gün, qışda günaşırı  çimizdirmək məsləhətdir. Dırnaqlara hər gün diqqət yetirilməli, uzanmışsa kəsilməlidir.  Yenidoğulmuşların paltarları pambıq parçadan, yumşaq olmalı, yeni paltarlar geyindirilmədən öncə yuyulub, ütülənməli, yuyularkən ağardıcı istifadə olunmamalı, yaxşı durulanmalıdır. Geyimlər rahat geyindirilib soyundurula bilən olmalı, uşağın hərəkətini məhdudlaşdırmamalıdır. Alt bezi (pampers) uşağın çəkisinə, ölçüsünə uyğun olmalı, ilk həftələrdə gündə ən azı 5-6 dəfə dəyişdirilməli, hər dəfə uşaq yuyulmalı və ya isladılmış pambıq, yaş salfetlə silinməli, qurulanmalı, dəri büküşləri yağlanmalıdır.

Yenidoğulmuşun qidalandırılması:: uşağ doğulandan dərhal sonra döşəqoymaq lazımdır. Bu dövrdə uşaq çox aktiv əmir və anada südəmələgəlməni stimulə edir. Uşağa ilk 6 ayda yalnız ana südü verilməlidir. İlk sağılan ana südü tünd sarı bir qədər qatı olub ağız südü adlanır. Bu süd mükəmməl, əvəzedilməz qida olmaqla yanaşı həm də onu bir çox xəstəliklərdən qoruyur. 

 

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 95 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri