Uşaqların cinsi tərbiyəsi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 997
Səs ver:
(səs: 0)

Cinsi tərbiyə uşaqların ümumi tərbiyəsinin ayrılmaz hissəsidir. Bu, uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır. Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Beləliklə, ata qızları, ana isə oğlanları çimizdirməkdən nə qədər tez uzaqlaşdırılsa, bir o qədər yaxşı olar.
5-6 yaşlı uşaqların əksəriyyəti artıq nisbətən müstəqil olaraq çimmək, yuyunmaq iqtidarında olur. Onlara, sadəcə, belini sürtməkdə-sabunlamaqda və başını yumaqda yardımçı olmağınız
kifayət edər. Həmçinin, uşağı vannaya da alt paltarında otuzdurmaq, ona ehtiyacı olan yardımı göstərdikdən sonra isə vanna otağından çıxmaq lazımdır ki, digər yuyunmaq hərəkətlərini özü etsin. Yadda saxlamaq lazımdır ki, hər bir uşaqda təbii utancaqlıq hissi olur. Bu, təbii özünüqoruma mexanizmidir. Bu haqda kifayət qədər məlumatı olmayan bzəi valideynlər özləri də bilmədən bu mexanizmi pozur. Uşağın normal, təbii utancaqlıq hissini qorumaq və dəstəkləmək lazımdır. Çünki məhz bu hiss yeniyetmə dövründə onu bir çox ağılsız hərəkətlərdən qorumuş olur.
Bəzi hallarda 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayır. Bu heç də uşağın öz burnuna, qulaqlarına, göbəyinə və s. orqanlarına olan marağından başqa bir şey
deyil. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. Uşağınızın belə işlə məşğul olduğunu gördüyünüz zaman, onu qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Bu zaman ehmalca olaraq uşağın başını başqa bir maraqlı məşğuliyyətə cəlb etmək məsləhət görülür.
Demək olar ki, bütün normal uşaqlar 2 yaşında olarkən artıq hansı cinsə mənsub olduqlarını dərk etməyi bacarır. 3 yaşında isə, demək olar ki, bütün uşaqlar ilk dəfə olaraq valideynlərə ”uşaqlar hardan peyda olur?” sualını verir. Bu zaman onlara uydurmalar danışmağı məsləhət görmürük. Daha yaxşısı, uşağa qısa və konkret olaraq - “ananın qarnından” cavabını verəsiniz. Əksər uşaqları belə cavab qane edir və onlar oyunlarını davam etdirməyə qaçır. 
Uşaqların bütün digər suallarına da sakit tərzdə, əsəbləşmədən və utanmadan cavab vermək çox vacib hesab edilir. Əgər uşaqla düzgün dialoq (danışıq) qurmaqda çətinlik çəkirsinizsə, uşaq psixoloquna müraciət etməyiniz məsləhət görülür.
Kiçikyaşlı uşaqlardan bəhs edərkən bu dövrün ən xarakterik olan bir əlaməti barədədə danışmaq lazımdır. Bu, qız və oğlanlar arasındakı fərqə olan maraq mövzusudur. Əgər müxtəlif cinsdən olan uşaqların bir-birinin cinsiyyət üzvlərini qarşılıqlı müayinə etdiklərini, öyrənmək istədiklərini ilk dəfə görmüş olsanız (adətən, bu, uşaq bağçalarında, az hallarda isə bacı və qardaş arasında kiçik yaş fərqi olarsa, evdə baş verir), özünüzü heç bir şey baş verməmiş kimi aparmağa çalışın. Bu halda da qətiyyən uşaqları qışqıraraq danlamaq və cəzalandırmaq olmaz! Əgər bu vəziyyət bir daha təkrar olunarsa, sakit tərzdə uşağa anlatmaq lazımdır ki, belə hərəkət etmək olmaz, tərbiyəli uşaqlar üçün bu ayıbdır. 5 yaşına çatdıqda uşaqlarda artıq əks cinsə qarşı utancaqlıq hissi oyanır və belə vəziyyət əksər hallarda bir daha təkrar olunmur. Uşaqlar cinsi orqanları barədə sizə “niyə qızlarda (oğlanlarda) hər şey başqa cürdür?” sualını vermiş olsalar, onlara sakit tərzdə “oğlanlarla qızları bir-birindən nə ilə ayırmaq lazımdır axı!” cavabını vermək olar.
3 yaşdan 5 yaşadək olan dövr uşaqlarla valideynlər arasında etibarlı münasibətlərin qurulması üçün mühüm və çox vacib bir mərhələ hesab edilir. Uşaq onu maraqlandıran istənilən sualı verməkdən qorxmamalı və utanmamalıdır. Uşağınızla belə münasibətlər qurmağa nail olsanız, yeniyetmə dövrünün bir çox problemlərinin qarşısını indidən almış olarsınız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri