Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdır

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 428
Səs ver:
(səs: 0)
Latın dilində sağlam həyat mənası verən vegetarian sözü heyvan mənşəli məhsullardan imtina edilməsini nəzərdə tutur. Həmin məhsullar sırasına ət, süd, yumurta və digər heyvan mənşəli qidalar daxildir.

Qadınla.com bildirir ki, dünya təcrübəsində bir sıra məşhurların vegetarian həyat tərzi keçirdiyi məlumdur. Məşhur rəssam Leonardo da Vinçi, görkəmli dövlət xadimi Benjamin Franklin, Albert Eynşteyn, yazıçılardan Frans Kafka, Lev Tolstoy məhz bu cür yaşayırdılar.

Vegetarianlar qidalanma zamanı daha çox göyərti və meyvəyə üstünlük verirlər. Vegetarianlıq bir sıra ölkələrdə həyat tərzinə çevrilib. Bu, onların təkcə qidalanmasında deyil, geyimlərində də özünü göstərir. Onlar heyvan mənşəli-xəz, dəri və yun materialdan olan paltarlardan da imtina edirlər.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov vegetarianlığı qeyri-ənənəvi qidalanma forması adlandırır. Lakin həkim uşaqların heyvan mənşəli qida məhsullarından imtina etməsini yolverilməz hesab edir: "Ət, süd, yumurta, toyuq, balıq və digər heyvan mənşəli qidalar orqanizm üçün lazım olan turşular mənbəyidir. Bundan əlavə bu qidalarda olan bəzi maddələri bitki mənşəli məhsullardan almaq mümkün deyil. E, D vitamininin böyük bir hissəsi məhz heyvan mənşəli məhsullardan alınır. Ona görə də uşaqlar vegetarian qida rejimindən uzaq tutulmalıdır".

Elə vegetarianlar var ki, nəinki həmin məhsullardan, hətta baldan da imtina edirlər. Onlar vegan adlanır. Vegan sözü ingilis mənşəli "vegetarian" kəliməsinin ilk üç və iki son hərfinin birləşməsindən yaranıb.

Vegetarianları qida tərzlərini dəyişməyə məcbur etmək düzgün deyil. Lakin həkimlər belə həyat tərzi keçirənlərə sağlamlıqlarına xüsusi diqqət yetirmələrini və orqanizmlərində hansısa dəyişiklik baş verdikdə həkimə müraciət etmələrini məsləhət görürlər. Bundan əlavə vegetarianlara ətdə olan vitaminləri qoz, fındıq, badam və digər çərəzlərdən əldə etmək tövsiyə olunur.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 428
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
wukur yeyirler hamisindan bir az da olsa, vegeteryan deyiller
qardawim ama et yeyen deyil. evde bozbaw biwende deli olur. yaninda tutma varsa suyundan kartofundan yeye biler. iw yerine yemek aparir her gun, apardigi lobya, badimcan qovurmasi ya pomidor cigirtmasi olur. Mamam deyir bala ele bilecekler evde etimiz olmur bizim bir defe de dolmadan zaddan apar,ihi deyir hami bilirki men et yemirem. o boyda kiwinin yediyi ancaq kartof qizartmasidi, makarondu, ya da adi dogramacpff Uwaqliqdan eleydi boyudu tergider dedik tergitmedi)))
13 avqust 2018 09:04
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Fidan.A
Gelecekde buna diqqet yetirecem ki ovladim duzgin qidalansin
12 avqust 2018 13:06
6
Offline
fiyonik
Usaq niye vegetarian olur ki aile buna fikir vermelidir
12 avqust 2018 12:30
5
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
vipbetul
usaqlara et yedirmek vagibdir
11 avqust 2018 21:47
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Son Bahar
Mən süd yumurta seven deyiləm...ama ətsiz qala bilmirəm.Oğlum ət xoşlayan deyil bir onan qorxuram ki, vegetarian olacaq bu uşaq:((
11 avqust 2018 17:56
3
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 avqust 2018 14:48
2
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
BARBI
Mencede zererlidir.Usaq arada bir olsada et yemelidir
11 avqust 2018 14:16
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri