Ana südü ilə əmizdirmə

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 172
Paylaş:
Səs ver:
(səs: 0)
Planetimizin qadınlarının 98%-i körpələrinə ana südü vermək iqtidarındadır, ancaq təəssüf ki, onların əksəriyyəti bundan imtina edir, çünki bu çox çətin prosesdir: döşlə əmizdirmə dövründə ana daim uşağa bağlı olur. Bundan əlavə, kiminsə çəkisi artır, kiminsə sadəcə olaraq, əsəbləri pozulur, çünki gecələr də aramsız olaraq əmizdirmə qadını tamamilə əldən salır. Ancaq siz ana südünün faydası barədə, laktasiyanı saxlamaqla, hər bir qiymətli süd damlasını qorumaqla körpənizə nələr verdiyinizi düşünmüsünüzmü?

Əziz analar, yorğunluğa təslim olmayın, süni qidalandırmanı dəstəkləyənlərə inanmayın. Öz analıq intuisiyanıza etibar edin, o zaman körpənizi ən zəruri və əvəzolunmaz vitaminlərlə təmin etmiş olacaqsınız; təəssüf ki, bunların heç biri digər uşaq yeməklərində yoxdur.

Oğlum doğulduqdan sonra mən ana südü ilə bağlı bir sıra problemlərlə qarşılaşmalı oldum. Yüksək temperatur, döşdə bərk ağrılar, yuxusuz gecələr… Ancaq bunların heç biri uşağımı əmizdirməyi dayandırmağa təsir edə bilmədi. Mən südümü artırmağa çalışırdım və buna da nail oldum. Uşağım uzun müddət olmasa da, məncə, hər halda, lazım olan qədər qiymətli qida qəbul etdi. İndi tam əminəm ki, məhz ana südü onun sağlamlığı və immunitetinin rəhni olmuşdur.

Uşağı ona ömründə bir dəfə verilən imkandan məhrum etməyin. Sağlam olun.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 172
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sabah Uykum
Allah qismet eder inwallah.
24 sentyabr 2018 23:57
7
Offline
vipbetul
ana sudu usaq ucun lazimlidir
24 sentyabr 2018 13:31
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
En az alti ay ana sudu verilmesi mutleqdir
23 sentyabr 2018 23:30
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
Love-Girl
Mende cox isteyirem balama lazimi qeder ana sudu verim.
23 sentyabr 2018 19:36
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
CANAN
Hami isdeyerki Balasina sud. Versin.
Men de 5 ay vere bildim sonra sud olmadi.isderdimki en azi yasinacan verim.ama olmayanda ne veresen.Ele oldu kecdim smese.
Xeber ucun tsk
23 sentyabr 2018 17:41
3
canan qizim sirin seker qizim.
Offline
Cema_Axodova
Balacama ilyarim dow vermiwem.hec pewmanda deyilem.ewel mende qorxurdum dowum formasin itirecek falan...ama inanin semimiyetime hec ele weyler olmadi.
23 sentyabr 2018 17:35
2
p.s
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 sentyabr 2018 17:23
1
Seni cooxx sevirem heartEsgerimheart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri