Övladın dini tərbiyəsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 8 439
Səs ver:
(səs: 1)

Valideyn hələ uşaq ana bətnində ikən onun tərbiyəsinə diqqət etməlidir. Ana hələ hamiləliyin ilk aylarında şər-i məsələlərə diqqət edər, günahdan çəkinər, haram və şübhəli yemekler yeməz, namaz və Quranla ünsiyyətdə olarsa, bütün bunlar

əl-ələ verərək övladın dini tərbiyəsinin hələ bətndə ikən özülünü qoymuş olur. Övladı dünyaya gəlib dil açdıqdan sonra isə dini təlim vermək, onu islami tərbiyə ilə böyütmək elə də çətin olmur. Çünki bu məsələlərlə o, hələ ana bətnindəykən tanış olmuşdur.

 Əlbəttə, övlada dini tərbiyə verən zaman valideyn həddi aşmamalı, ona çətinlik yaratmamalıdır. O çalışmalıdır ki, İslam dininin göstərişlərindən kənara çıxmasın və öz övladının haqqına zülm etməsin.

Hədislərdən birində əziz Peyğəmbərimiz (s) buyurub: "Övladlarınızı hələ uşaq ikən sözlə namaza və dəstəmaza adət etdirin.Elə ki, 10 yaşa çatdılar,onlara namaz qılmağı əmr edin. Qılmazlarsa, yavaşca vurun. Amma 3 dəfədən artıq vurmayın."("Mizanul hikmət",1/56)

Həm valideynlər, həm də müəllimlər islami həddi gözləməlidirlər. Əks təqdirdə "diyə"haqqı ödənilməli və axirətdə də cavab verilməlidir.

Həzrət Əli (ə): "Müəlliminizə  deyin ki, əgər sizi tərbiyələndirmək üçün 3 dəfədən artıq vurarsa, ondan qisas alınacaqdır."("Vəsailüş-şiə",18/582)

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri