Uşaqla alış-veriş etmənin qaydaları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 681
Səs ver:
(səs: 0)


Uşaqla alış-verişə çıxmadan əvvəl mütləq onunla danışın!

 

Uşağa hara və nə məqsədlə gediləcəyi, orada necə davranması lazım olduğu mütləq izah edilməlidir. Valideynlər uşağa alış-veriş mərkəzində istədiyi hər şeyi ala  bilməyəcəyini, bunun üçün yanlarında çox miqdarda pul olmadığını, seçəcəyi yalnız bir şeyi ala biləcəklərini başa salmalıdırlar. 

 

Uşağın əməl etməsi lazım olan qaydalar yaşına görə izah edilməlidir

 

Alış-veriş zamanı yanınızdan uzaqlaşmaması, ətrafda qaçmaması lazım olduğu, əgər qaçarsa, yanınızdan uzaqlaşarsa, o zaman itə biləcəyi, almaq istədiyi şeydən məhrum qalacağı əvvəldən izah edilməlidir.

Uşaqla alış-verişə uyğun zamanda çıxın

 

Alış-verişə çıxarkən uşağın yuxu və yemək saatları nəzərə alınmalıdır. Unutmaq olmaz ki, yuxusuz və ya ac uşaq daha sizi daha çox narahat edəcək.

 

Uşağa lazım olanları götürməyi unutmayın!

 

Yolda və ya alış-verişdə uşağın ehtiyaclarını qarşılamaq üçün özünüzlə ona lazım olan şeyləri götürün. 0-2 yaş arası uşaqlar üçün su, bez, daha böyük uşaqlar üçün kitab, oyuncaq, yemək və maye uşağınızı bir müddət əyləndirəcək.

Uşaqla alış-verişdə bunlar vacibdir

 

Uşaq alış-veriş əsnasında narahat olmağa başladığı zaman özünüzlə götürdüyünüz yemək, su və ya oyuncaqla əyləndirmək, diqqətini başqa istiqamətə yönəltmək lazımdır. Aclıq və susuzluq vəziyyəti nəzarətdə saxlanmalıdır.

 

Uşaqlar çox işıq və səs  olduğu yerlərdə daha çox narahat ola bilərlər. Bunun üçün stressi azaltmaq üçün çox işıq və səs olan yerlərdən uzaqlaşmaq lazımdır.

Sizə kömək etdiyi zaman uşağı mükafatlandırın

 

Sizi alış-veriş əsnasında səbirlə gözlədiyi və kömək etdiyi üçün uşağı mütləq  mükafatlandırın.

 

 "Yox" sözündən sonrakı hərəkətlərinə hazır olun!

 Uşaqların xüsusilə alış-veriş əsnasında nifrət etdikləri söz "yox!" sözüdür.  Buna görə də ona qəti surətdə "yox" deyin. Qışqırmasına, hətta yüksək səslə ağlamasına fikir vermədən qərarınızın arxasında durun və "yox"un səbəblərini ona anlayacağı şəkildə izah edin. Əks təqdirdə baş verəcək hadisələrə hazır olun.

 

 

"Gizli güc"ləri dövrəyə soxma zamanı! 

 

Uşağınızı susdurmaq üçün hər yolu sınadınızsa, ancaq təsirli ola bilmədinizsə, "gizli güc"lərə yer verin! Daha əvvəl çantanıza qoyduğunuz, uşağınızın çox xoşladığı şokoladı çıxarın. Heç bir uşaq şokolada biganə qala bilməz!

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri