Yaşı | Bacarıqları |
1 aylıq | O, hərəkətdə olan oyuncağı izləyir
Böyüklərin səsinə reaksiya verir və bu zaman ağlamağını kəsir
Qarnı üzərində uzadıldıqda qısa müddətə olsa belə, başını dik tuta bilir
Böyüklərlə ünsiyyət zamanı müəyyən səslər çıxarır
Böyüklərlə ünsiyyət zamanı ilk təbəssümünü göstərir
|
2 aylıq |
Qarnı üzərində uzadıldıqda artıq başını uzun müddət dik saxlaya bilir
Qışqırığı intanasiyalı şəkil alır, baxışları hərəkətli olur
Böyüklərin ünsiyyətinə təbəssümlə reaksiya verir
|
3 aylıq | Yenidoğulmuş balacaya məxsus bütün reaksiyalar itir
Tərpənməyən əşyanı uzun müddət süzə bilir
Əllərini ilk dəfə oyuncağa doğru aparır
Əllərini çiyinlərinə doğru aparır
Səsi intonasiyalı olur
Canlanma hiss olunur
|
4 aylıq | Əllərini nəzərdən keçirir
Səs gələn tərəfə başını çevirib, reaksiya verə bilir
Qarnı üzərinə çevrilə bilir
Oyuncaqları tuta bilir
Anasını tanıyır
|
5 aylıq | Əl hərəkətləri aktivləşir
Oyuncağı 2 əli ilə tutub,ağzına apara bilir
Öz hisslərini gülüşü və göz yaşları ilə biruzə verir
Yaxınları və kənar şəxsləri fərqləndirə bilir
|
6 aylıq |
Əllərini uzadaraq qalxmaq istəyir
Oturur
Əllərində oyuncağı uzun müddət saxlaya bilir
Mayeni fincandan içə bilir
|
7 aylıq | Sərbəst oturur
Oyuncağı ata, silkələyə, bir əlindən digərinə ötürə bilir
Uzun-uzadı qığıldayır
Böyüklərlə ünsiyyətə girməzdən əvvəl,onları yaxşıca nəzərdən keçirir
|
8 aylıq |
Dizi üstündə durur,iməkləyir,dayaqdan tutaraq qalxır
Böyüklərin “əlini ver”, “sağ ol” sözlərinə hərəkətli cavab verə bilir
Özü alma, çörək və s.əlində saxlayaraq sorur
Müxtəlif oyunları başa düşərək reaksiya verir
|
9 aylıq | Dayaqdan istifadə edərək sürətli gəzir
Xırda əşyaları götürə bilir
Fiqurlardan piramida düzəldə bilir
Adını bilir və çağırdıqda reaksiya verir
Güvəcdə rahat oturur
|
10 aylıq | Bir əli ilə tutaraq yaxşı gəzə bilir
Çoxda hündür olmayan pilləkanlardan qalxıb-düşə bilir
Öz bədən üzvülərini göstərə bilir
Böyüklərin ardınca bildiyi sözləri hecalaya bilir
Uşaqlarla ünsiyyətə can atır
|
11 aylıq |
Sərbəst olaraq dayanır
Top və kubiklərlə oynamağı sevir
Söz ehtiyyatı artır
“Olmaz”sözünün mənasını başa düşür
Heyvanlarla oynamağa can atır
|
12 aylıq |
Müstəqil addımlayır
Qaşıq, fincan və darağı müstəqil tuta bilir
Böyüklərdən kitab oxumalarını istəyir
8-10 söz bilir
Formaya görə fiqurları ayıra bilir
|
1 yaş 3 aylıq | Söz ehtiyyatını qısa bir vaxtda artırır
Biri-birindən 3 sm böyük olan əşyaları fərqləndirə bilir
Başqalarının hərəkətlərini təkrar edə bilir
|
1 yaş 6 aylıq |
Əşyaların nə üçün lazım olduğunu qısa formada izah edə bilir
Ünsiyyət zamanı qismən çətin sözlərdən istifadə edir
Maniyələri ayağı ilə addlaya bilir
Qaşıqla hətta duru qidanı da qəbul edə bilir
|
1 yaş 9 aylıq |
Bəzi suallara cavab verə bilir, şəkillər üzrə hekayəni başa düşür
Oyuncaqlardan sadə formalar düzəldə bilir
Böyüklərin yardımı ilə müəyyən geyimləri geyinə bilir
|
2 yaş | Böyüklərin danışdıqları qısa hekayələri başa düşə bilir
Yerdən əşyaları fərqliliyinə görə seçib-ayıra bilir
15 sm hündürlükdə maniyəni addlaya bilir
Bəzi paltarlarını müstəqil geyinə bilir
|
2 yaş 6 aylıq | “Nə?” “Harda?” suallarından istifadə etməyə başlayır
Həndəsi fiqurları formaca rahatlıqla ayırır
Ağ, sarı, qara, qırmızı,yaşıl rəngliəşyaları fərqləndirə bilir
Rəngli qələmdən istifadə etməyi öyrənir
Müstəqil olaraq geyinməyi bacarır(düymələri və ayaqqabının qaytanını isə hələ də bağlaya bilmir)
Səliqəli yemək yeyə bilir
20 sm hündürlükdə maniyəni addlaya bilir
|
3 yaş | Çətin cümlələrdən istifadə edir
Tez-tez suallar verir
Rəngləri düzgün seçir
Qələmlə yazmağı, şəkil çəkməyi bacarır
Böyüklərin yardımı olmadan tam sərbəst geyinə bilir
Salfetka və dəsmalla tam davrana bilir
30 sm-lik maniələri addlaya bilir
|
4 yaş | Ayaq və əlləri ilə tam kordinasiya olunmuş nizamlı hərəkətlər edir
Topu iki əli ilə ata və sinsinə sıxmadan tuta bilir
15-20 sm məsafədən hoppana bilir
Nəfəsini siqnalla ala-verə bilir
Düz xətt çəkə,mexaniki oyuncaqları açarla işə sala bilir
Hər şeyə başını soxmağı sevir
6 əsas rəngi ayıra bilir
Yaxında,uzaqda , aralıda kimi istiqamətləri tam ayıra bilir
Ilin 4 fəslini və sutkanın vaxını bilir
Az, çox.yekə,balaca başa düşür
Diqqətlə qulaq asıb, təkrarlaya bilir
Nitqi düzgün formalaşıb
2-3 uşaqla birlikdə sujetli oyunlar oynaya bilir
Böyükləri diqqətlə dinləyir. Onların ad və soyadını bilir
Elementar davranış qaydalarına əməl edə bilir
Özü müstəqil geyinə ,ayaqqabısını bağlaya bilir
Qaşıq və çəngəllə əla davranır
Özü tək əl-üzünü yuyub, qurulaya bilir
|
5 yaş |
Düzgün qamət formalaşır
Başını düzgün tuta bilir
Hündürlükdən tullana bilir
Üfüqi və şaqulu xəttlər çəkə bilir
8 rəngi tanıyır
6 –ya qədər sayır
Əşyaları siniflərinə görə bölə bilir
Səbəb və nəticəni ayıra bilir
Oyunlarında ana xətti insanlar arası münasibətlər təşkil edir
Tənqid edə bilir
Ev əşyaları ilə düzgün davrana bilir
Otaqda təmizliyə əməl edə bilir
|
6 yaş |
Topu 1 əli ilə tuta bilir
Ayaqlarını növbələyərək tullana bilir
Qayçı ilə istənilən formanı kəsə bilir
Həndəsi fiqurları adları ilə tanıyır
Mavi, çəhrayı, boz,bənövşəyi rənglərin çalarlarını asanlıqla ayıra bilir
10 –a qədər sayır
Ilin aylarını saya bilir
Fikir yürüdə bilir
Sevdiyi oyunlar və rollar var
Davranış qaydalarına özü riayyət edir
Evdə və baxçada təmizliyə tam əməl edir
|
7 yaş |
Ritmik hərəkətləri tempə uyğun izləyə bilir
Xizək və velosipedi sərbəst idarə edə bilir
Tennis, badminton oynaya bilir
Iynə saplaya bilir
Mismar və çəkicdən istifadə edə bilir
Rəsm zamanı yalnız rənglərdən deyil, onların çaılarlarından da istifadə edə bilir
Oyun zamanı öz davranışını şərh edə bilir
Tapşırıqları yerinə yetirir
|