Laylalar körpəni sakitləşdirir..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 72 969
Səs ver:
(səs: 27)
Laylalar körpəni sakitləşdirir..
Laylalar
Laylalar körpənin həyatında təsəvvür olunmayacaq qədər mühüm yer tutur. Bu zaman südəmər körpə üçün ananın gözəl səsə malik olub-olmaması önəm daşımır.
Laylalar körpəni sakitləşdirir, həyəcan hissini aradan qaldırır.
Layla sədaları altında böyüyən uşaqlar diğər həmyaşıdları ilə müqaisədə daha tez dil açırlar. Mütəxəssislər əmindirlər-laylalar uşaqlar üçün çox qiymətlidir. Körpəniz 3 yaşına qədər hər axşam yuxuya getməzdən öncə və yuxuladıqdan sonra da , 5 dəqiqə ərzində layla dinləməlidir. Bu zaman o, özünə inamlı, daha sakit və ünsiyyətə açıq bir insan kimi böyüyür.Məhz ana laylası körpəyə valideyinlərin həyatındakı önəmli yerini göstərir. Laylalar həm də körpənin ana dilində aldığı ilk dərsdir. Körpənizi həzin ana laylasından məhrum etməyin.
 
Layla beşiyim layla,
Evim eşiyim layla
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla
 
Layla deyim yatasan.
Qızılgülə batasan.
Qızılgül kölgəsində
Şirin yuxu tapasan
 
Layla dedim boyunca ,
Baş yastığa qoyunca
Pardaxlan,qızılgülüm,
Bir ürəyim doyunca.
 
Layla dedim ucadan,
Ünüm çıxdı bacadan.
Səni Tanrı saxlasın
Çiçəkdən , qızılcadan
 
Layla dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə
 
Layla dedim gündə mən ,
Kölğədə sən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
 
Balama can demişəm,
Ağlama can demişəm.
Balam dil açan günü
Quzu qurban demişəm.
 
Göyərçin havadadır,
Əl yetməz yuvadadır.
Bir əlim başın altda ,
Bir əlim duadadır.
 
Laylası dərin bala ,
Yuxusu şirin bala.
Tanrıdan əhdim budur
Toyunu görüm bala.
 
Anan tel düzər sənə,
Bacın gül düzər sənə,
Tanrıdan əhdim budur,
Dəyməsin nəzər sənə.
 
DР°ğ başında qalam var,
Ürəyimdə yaram var,
Xalxın dövləti , varı,
Mənimdə bir balam var.
 
Bağda bülbül oxuyur,
Saçda sünbül toxuyur,
Balamı iyləyirəm,
Elə bil gül qoxuyur.
 
Layla dedim yatasan,
Boya-başa çatasan.
Zalım-yağı düşməndən
Tezcə qisas alasan.
 
Düşmənlərin yox deyil,
Qisas heç vaxt gec deyil.
Əziz oğul tez böyü,
Vətən oğulsuz deyil.
 
Redakte etdi: PRETTY GIRL
(səs: 27)
Şərhlər: 1
Baxılıb: 72 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri