Təmizləyici vasitələr uşaqlarınız üçün nə qədər təhlükəlidir?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 636
Səs ver:
(səs: 0)
Kanada alimlərinin fikrincə, mənzilin çox təmizlənməsi uşaqların sağlamlığına zərər verə bilər. Araşdırmalar göstərir ki, təmizləyici vasitələr uşaqların bağırsağının mikroflorasını pozur. Bu da gələcəkdə onların artıq çəkidən əziyyət çəkməsi ilə nəticələnir.

Alimlər 3-4 aylıq 757 uşağın bağırsaq mikroflorasından analiz götürərək onları bir neçə il müşahidə edib. Məlum olub ki, həddən artıq təmizkar olan və çox kimyəvi mtəmizləticilərdən istifadə edən ailələrin uşaqlarında Haemophilus və Clostridium bakteriyalarının çatışmazlığı var. Bu səbədən də belə ailələrdə böyüyən 3 yaşlı uşaqlar daha kökdür.

Bioloji vasitələr enterobakteritaların keyfiyyətini aşağı salır ancaq artıq çəkiyə heç bir təsir etmir.

Daha əvvəl də Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etmişdi ki, piylənmədən daha çox Avropa ölkələri əziyyət çəkir. Bu siyahıda ilk yerdə Türkiyə qəraralaşmışdı. Türkiyə əhalisinin 32 faizi piylənmədən əziyyət çəkir. Əhalinin piylənmədən əziyyət çəkməsinə görə, Malta ikinci yerdə, Böyük Britaniya 3 cü yerdədir. Yer üzündə hər səkkiz nəfərdən biri, ümumi 672 milyon nəfər piylənmədən əziyyət çəkir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri