Yeni doğulan körpələrin bəslənməsi üçün qızıl tövsiyələr!

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 417
Səs ver:
(səs: 0)
eynimiz vücudumuzun əczaxanasıdır. Nəyə inansa, onu yaşayarıq. Beynimiz kimyəvi maddələr ifraz edir və bədənimiz də ona müvafiq reaksiya verir. Buna görə analar südlərinin körpələrinə yetəcəyinə inanmalıdırlar. Nə qədər çox inansalar, südləri o qədər kafi olar. Analar bu mövzuda öncə körpələrinə, sonra özlərinə güvənməlidirlər.

1) Körpə doğulduqdan sonra necə qidalanmalı? Mümkünsə ilk yarım saatda, ən gec 1 saat içində əmizdirilməlidir. Çünki daha sonra körpə yuxuya getmək istəyəcək və körpəni oyandırmaq çətinləşəcək. Körpələr ilk günlərdə 2-3 saatdan bir əmizdirilməlidir. Yuxudan 3-4 saat keçsə, oyandırılıb təkrar əmizdirilməlidir. 2-3 həftədən sonra özü aclığını hiss edərək, oyanıb əmmək istəyəcək.

2) "Südüm gəlmir" narahatlığıyla mamaya (uşaq yeməyinə) başlamaq doğru mu?

Körpənin doğru rejimdə əmizdirilməsi təmin edildiyi müddətcə, ana südünün gəlməməsi deyə bir vəziyyət olmaz. Ancaq doğum sonrası narahat analarda, körpənin acqalma qorxusu səbəbiylə, mamayla bəsləmə meyli ortaya çıxa bilər. Bu baxımdan anaya əmizdirmə təlimi və psixoloji dəstəyin verilməsi çox əhəmiyyyətlidir.

3) Ana südünü necə artırmaq olar? Kifayət qədər maye almaq və istirahət ən əhəmiyyətli faktorlardır. Gündə 2-3 litr həcmində su və ya maye qəbul etmək kifayət edir.

4) Qaz şikayəti nə zaman başlayır? Sağlam körpələrdə görülən səbəbsiz ağlamalara “qaz sancısı” deyirik. Körpə 2-3 həftəlik olduğunda başlayır, 4-6 həftədə daha da çoxalır, əksərən 3-4-cü aylardan sonra keçir.

5) Körpədə qaz əlamətləri nələrdir? Davamlı narahatlıq səbəbindən, körpədə ananı əmmə istəyi yaranır. Bu istək, qidalanma məqsədi ilə deyil, sakitləşmək üçündür. Döşdə həddindən artıq qalan körpə, ana südü ilə normadan artıq qidalandığı üçün qusa bilər. Qarın şişkin ola bilər və körpə ayağını qarınına çəkərək qazı çıxarmağa çalışır. Bu dövr, ağlamalarla iç-içədir. Ümumiyyətlə, axşamları və gecələri ani qışqırıqlar şəklində ortaya çıxar.

6) Qazın əmələ gəlməməsi üçün nə etmək lazımdır? Ana əmizdirirsə, qaz yaradan yeməklərdən uzaq durmalıdır. Soğan, quru paxla, gül kələm, brokoli, kəpəkli yeməklər, kələm, portağal, limon, qreyfrut qaz yarada bilər. Kafeinli içkilər, şokolad, çay da qaz əmələ gətirir. Allergik xüsusiyyətli bəzi analar, tərkibində inək südü olan qidalarla qidalandıqlarında körpədə qaz, ishal, burun axıntısı, öskürək kimi simptomplar ortaya çıxa bilər. Əmizdirən ana bu vəziyyətdə öz pəhrizini gözdən keçirməli, qaz yaradan yeməkləri bir müddət qida rasionundan çıxarmalıdır. Hər qidalanma sonrası körpənin qazı mütləq çıxarılmalıdır. Qaz sancıları olduğunda, ana-ata layla zümzümələri ilə körpəni qucağında gəzdirməlidir. Ritmik hərəkətlər və davamlı səslər (elektrik süpürgəsi və ya saç qurutma maşınının səsi kimi) sakitləşdirici ola bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri