Yeni doğulanlarda saç tökülməsi normaldırmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 12 788
Səs ver:
(səs: 0)
HAMİLƏLİYİN 6-ci HƏFTƏSİNDƏ SAÇ KÖKLƏRİ YARANMAĞA BAŞLAYIR

Hamiləliyin 6-ci həftəsində dölün saç kökləri yaranmağa başlayır. Bu dövrdə təkcə uşağın başında deyil, eyni zamanda, çiyin və belində da saç şəklində tüklər çıxır.

KÖRPƏLƏRDƏ SAÇLAR YUMŞAQ VƏ AÇIQ RƏNGLİDİR

Bunlar hər bir uşaqda görülən tüklərdir. İrəliləyən vaxtlarda isə tökülür. Körpənin həqiqi saç rəngi dərhal ortaya çıxmır. Bəzi uşaqlar tamamilə keçəl doğular ancaq çoxunun başının arxasında saç olur. Bu bölgə olduqca yumşaqdır və saçlar açıq rənglidir.

SAÇ TÖKÜLMƏSİNİN SƏBƏBİ QƏTİ OLARAQ BİLİNMİR

Yeni doğulan körpələrdə bir müddət sonra saçlar tökülür. Xüsusən də 3-4-ci həftələrdə saçlar tökülmekdədir. Bunun səbəbi tam olaraq bilinmir ancaq yerlərinə yeni saç çıxacaq. Yeni çıxan saçlar əvvəlkindən daha çox və müəyyən dərəcədə böyüyür.

KÖRPƏLƏRDƏ SAÇ TÖKÜLMƏSİ TƏBİİ HALDIRMI?

Bəli, uşaqların saçları ilk aylarda tökülür və bu olduqca normal bir durumdur. bu vəziyyətin səbəbi hormonlardır. Doğumdan əvvəl körpənizin hormon səviyyəsi ana bətnində olduğundan yüksəkdir. Doğumdan sonra bu göstəricilər düşməyə başlayır və bu üzdən saçlarının böyüməsi dayanır. Bu istirahət dövründə saçlar tökülür və uşağınız yeni bir inkişaf mərhələsinə girir.

UŞAQLARIN SAÇLARI NECƏ GURLAŞDIRILIR?

Vanna etdikdən sonra körpənizin saç dərisinə badam yağı ilə yumşaq masaj edin. Bu üsulun elmi dəlili olmasa da, təcrübələrlə bərkidib. Qısa bir müddət sonra körpənizin saçlarının sıxlaşdığını fərq edəcəksiniz.

ALEOVERA YAĞININ MÖCÜZƏ TƏSİRİ

Aloe veranın içindəki geli qaşıqla qarışdırıb su ilə birləşdirin. Duş sonrasında bu qarışıq ilə körpənizin saçlarını yuyun. Beləliklə, uzanma və gurlaşdırmada müsbət irəliləyişlər olacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 12 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri