Körpəyə inək südü verilməlimi?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 21 474
Səs ver:
(səs: 1)

 

 

Körpənizə inək südünü hansı aydan etibarən verməlisiniz, inək südü neçə yaşında və ya neçə aylıqda verilməlidir?

 

Körpəniz üçün ana südü inək südündən daha faydalıdır, daha asan həzm edilə bilir və bədən tərəfindən daha rahat istifadə edilir. Bu bilinməlidir ki, ana südündəki zülalların quruluşu inək südündən fərqlidir. Həzmi asandır, allergiya yaratmaz və böyümə üçün lazımlı olan maddələrdən təşkil olunub.

Ana südündəki yağlar enerji qaynağıdır. Ana südündə lipaza fermenti olması səbəbiylə yağlar, inək südündən və süni südlərdən daha yaxşı əmilir.

İnək südü ana südünə görə içərisində olan minerallar, vitaminlər, turşular cəhətdən çox zəif tərkibə malik olduğundan ana südü ilə inək südü bir tutulmamalıdır. Yalnız müəyyən səbəblər üzündən analar öz körpələrini ana südü ilə qidalandıra bilməzsə və düstur ana deyilən (özgə süd verən qadından istifadə edilməsi) anaların da olmaması zamanı məcbur qalaraq inək südünə müraciət etmək olar.

İnək südü vermə zamanı isə ən azı 1 yaşından əvvəl olmamalıdır. Avropa ölkərində inək südünün verilmə müddəti 2 yaşından sonraya nəzərdə tutulur. Ölkəmizdə isə təəssüf ki, 1 yaşından əvvəl belə inək südünün verilməsi halları geniş yayılıb. Lakin son olaraq qeyd edək ki, körpənin inək südü ilə qidalandırılması ən azı 1 yaşından etibarən düşünülməlidir.

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 21 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri