Diş çürükləri körpələr üçün yoluxucudur

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 718
Səs ver:
(səs: 0)
Diş xəstəliklərinin son aparılan tədqiqatlarına görə 3 yaşına qədər körpələrin analarında diş çürüyü olan zaman yoluxa biləcəkləri üzə çıxıb.

Belə ki, anada əgər diş çürüyü varsa, körpə ilə təmasda çox olduğundan körpənin də süd dişlərini çürüməsinə gətirib çıxarda bilir.

Bunu isə analar körpələrə ümumi qaşıqdan, fincandan, qab-qacaqdan istifadə zamanı yoluxdura bilərlər. Bunun qarşısını almaq üçün 3yaşına qədər körpələrin əgər ailədə diş problemləri olan insanlar varsa onlardan ayırmaq lazımdır.

Çünki az ehtimal olsa da, anada diş problemi olmasa belə, digər ailə üzvlərindən də körpəyə diş xəstəlikləri yoluxa bilər.

Bəs diş çürüməsi körpəyə necə yoluxur?Mütəxəssislər bildirirlər ki, 3 yaşına qədər olan körpələrin ağız boşluqlarında bakteriyalar yox dərəcəsində olur. Buna görə də kənardan bakteriyalar diş yuvalarına daha tez yoluxur. Valideynlərdən körpələrə diş xəstəlikləri bakteriyalar vasitəsi ilə daha sürətlə yoluxur. Lakin mütəxəssislər bildirirlər ki, 3 yaşından sonra diş çürüklərinin yoluxma təhlükəsi yox dərəcəsində olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri