Uşaqlarda suçiçəyi xəstəliyi

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 941
Səs ver:
(səs: 0)
Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.

Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.

Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.

Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.

Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.

Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla ("marqantsovka") su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.

Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.

Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.

Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 941
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 228
Xəbər sayı: 0
Qeydiyyat: 2.07.2018
Gulperi
Peyvend vurulan insan yungul kecirdir vurulmayanlar qizdirmali kecirdir usaqlarimla men eyni gunde cixartmisiq su ciceyini qizima peyvend vurulmusdu cenesinden 1dene sepki cixdi oglumla men butoV sepdik
27 mart 2019 16:23
9
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
her kes suciceyi tutur qalib nege keciregeyine
27 mart 2019 10:09
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 12220
Xəbər sayı: 0
Qeydiyyat: 21.05.2013
tatyana
Peyvend olunmuş insan yüngül kecirir,bizde uşaqlar olub,özümde olmuşam
26 mart 2019 23:30
7
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 8421
Xəbər sayı: 279
Qeydiyyat: 26.01.2015
❤Nilay❤Canan❤
Men su iceceyi xesdeliyini tutmusam 2 sinife gedirdim deyesen..Qizim ise lap balaca iken tutulub 6 ayliq idi.Ama.yungul kecirdi sukurr allaha..
Su ciceyi ele de qorxulu deyil..En pisi Qizilcadi.onu ama kecirmemisem hele
26 mart 2019 22:44
6
canan qizim sirin seker qizim.
Şərh sayı: 3184
Xəbər sayı: 713
Qeydiyyat: 16.01.2019
Love Angel
Mən bir yaşımda keçirmişəm su çiçəyini.
26 mart 2019 22:37
5
Bir qadın düşün qəhvəyi gözləriylə mavi baxan... ᪥
Şərh sayı: 1093
Xəbər sayı: 110
Qeydiyyat: 31.12.2018
Gül.
Bezileri bunu cetin kecirir. Men ve evdekiler hele bununla tanis olmamisiq. Cixaran birini de hemise sagalmagina az qalmis gormusem. InsAllah hec bize bulasmaz
26 mart 2019 20:26
4
19
Şərh sayı: 4813
Xəbər sayı: 628
Qeydiyyat: 21.10.2013
ʚɞღ..Sultanım..ღʚɞ
Nə mən özüm uşaq vaxtı tutulmuşam nə də qızım hələki bu xəstəliyə tutulmuyub. İn şəə Allah da tutulmaz.
Uşaq qızdıranda iraq olsun elə bil başıma daş düşür:((
26 mart 2019 17:41
3
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Şərh sayı: 4033
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
İrağ olsun mənim bir sinif yoldaşım buraxılış imtahanı günü su çiçəyi tutmuşdu. Maska taxmışdı ki. Bilməsinlər su çiçəyidi. Bilsəydilər qoymuyacaqdılar imtahana. Mən heç tutmamışam
26 mart 2019 16:47
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Su ciceyi usaqlarda gorulen xestelikdir.Usaq yaslarda xestelik tez sagalir.
26 mart 2019 16:37
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri