Körpə və Ailə

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 4153
Paylaş:
Səs ver:
(səs: 1)

 

 

KÖRPƏ VƏ AİLƏ MÜHİTİ

 

Uşaq yetişdirmək ana ata üçün xoşbəxtlik verici bir məşğuliyyətdir. Ailənizə yeni qatılan körpənizi özünə xas xüsusiyyətləri  qəbul edib, tanımaya  başlaya bilərsiniz. Eyni zamanda körpəniz də sizi tanıma məşğuliyyət içindədir.

Körpə üzü, saç rəngi, gözləri kimi ana ataya və ya digər ailə üzvlərinə bənzər istiqamətləri olmasına qarşı onların kiçildilmiş modeli deyil.

Körpəniz böyüyərkən; bədən quruluşu, zəkası, duyğuları, istəkləri, maraqları, qabiliyyətləri kimi bir çox istiqamətdən sizə bənzərlik və fərqliliklərini müşahidə edə bilərsiniz. Varisliklə həm anadan, həm də atadan aldığı xüsusiyyətlər onun özünə xas bir fərd olmasını təmin edəcək.

Körpəniz sizə, yəni ANAsına asılıdır.

 

Körpənin böyümə və inkişafı üçün ana südünə ehtiyacı olduğu qədər,

 

• ananın istiliyinə,

• toxunmasına, oxşamasına, sarılmasına,

• ana qarınında ikən eşitdiyi və tanışı anasının səsini eşitməyə,

• anası ilə göz gözə olmağa

• qısaca; anasının sevgisini bədən dili ilə də izah etməsinə ehtiyacı vardır.

Körpənizin gündəlik baxım ehtiyaclarını aradan qaldırma xaricində də ana körpə əlaqəsini qurmaq üçün fürsət yarada bilərsiniz. Körpənizi hər vaxt oxşayın, onunla danışın, oynayın.

Kiçik bir insanın bütün məsuliyyətini yüklənməniz, körpənizi qucağınıza

götürdüyünüz ilk günlər sizin kimi ilk dəfə ana olan kəsləri ürküdə bilər. Özünüzü körpənizə baxmada, onunla maraqlanmada qeyri-kafi tapa bilər, etibarsızlıq hiss edə bilərsiniz. Anaların çoxu bu mənfi duyğuları az ya da çox yaşamaqdalar. Bu duyğularınızı paylaşmaqdan çəkinməyin.

Həssas olduğunuz  dövrdə;  problemlərinizə həll axtarmaq, körpənizin baxımı ilə əlaqədar qarşılaşdığınız çətinlikləri aşmaq üçün mütəxəssis kəslərdən kömək almaq məqsədi ilə ən yaxın əlaqədar sağlamlıq quruluşuna müraciət edə bilərsiniz.

Körpəniz sizinlə, yəni ATAsıyla da əlaqə qura bilər.

Doğumdan sonra ən qısa zamanda atanın da körpəylə göz gözə olması, baxımına kömək etməsi ata-körpə əlaqəsi üzərində müsbət təsir edər.

 

• Ağlayan körpəni qucaqda zümzümə edərək gəzdirmək,

• Rahatlamasını təmin etmək,

• Yatırtmaq,

• Geyinmə-bez dəyişdirmə-duş mövzularında anaya köməkçi olmaq kimi işlər atalara körpələri ilə əlaqə yaratma fürsətini verəcək.

Ayrıca atanın hamiləliyin başından etibarən anaya təmin edəcəyi psixoloji dəstək ana-ata əlaqəsini müsbət istiqamətdə təsir edəcək.

Ana atanın körpə üzərindəki təsiri doğumdan əvvəl başlar.

Tərcümə və Redaktə etdi: PURE LOVE

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 4153
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv