Övladlarımızın göz sağlamlığını vaxtında düşünək

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 360
Səs ver:
(səs: 0)
2-4 yaş arası uşaqlarda mütəmadi olaraq edilən göz muayinələri erkən diaqnoz səbəbindən böyük önəm daşıyır. Həkimlər məktəb qabağı müəllimlər ilə valideynləri bu mövzuda diqqətli olmağı xəbərdar edir:

Uşaqlarda görmə bacarıqlarının inkişaf etdirilməsi üçün məktəb öncəsi valideynlərə çox iş düşür. Vaxtında müayinə etdirməklə gözü müxtəlif xəstəliklərin yaranmasından sığortalamaq mümkündür. Uşaqlıq çağında düzəldilməmiş görmə qüsurları göz təmbəlliyi ilə nəticələnir. Məktəbdə istənilən nəaliyyəti əldə etmək və yaşamağa adaptasiya məhdudlaşır. Uşaqların davranış formalarına diqqət edən müəllimlər həkimlərin erkən diaqnoz qoymasını təmin etməklə uşaqların göz sağlamlığının qorunması sahəsində ilk addımı atmış olmalıdırlar.

Övladınızın gözündə yarana biləcək sağlamlıq problemlərinin qarşısını almaq üçün aşağıdakı göstəricilərə diqqət etməlisiniz:

Televizoru yaxından izləyirsə;
Əlindəki əşyaları gözünə çox yaxın tutursa;
Gözlərini yayındırırsa;
Başını həmişə eyni vəziyyətdə əyri tutursa;
Tez-tez gözlərini ovursa;
Diqqət dağınılığı göstərirsə;
İşığa qarşı həssaslığı varsa;
Diqqət tələb edən fəaliyyətlə məşğul olmaqdan yayınırsa o zaman övladınızı göz həkimi müayinəsinə göstərməyiniz məsləhətdir.
Valideynlərə tövsiyyəmiz :

Dostlarıyla oynayarkən qarşılıqlı top atıb tutmasını təşviq edin;
Uşaqlar üçün olan müxtəlif ölçülü pazlları quraşdırmağa həvəsləndirin;
Birlikdə uca səslə kitab oxuyaraq mətni və hərfləri izləməsini təmin edin;
Karandaş və boyalarla taxta üzərində şəkillər çəkdirin;
Boyama kitabları, kəsmə-yapışdırma işlərinə cəlb edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri