Körpələrə Öpüş xəstəliyi haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 980
Səs ver:
(səs: 0)

Körpənizi öpdüyünüz yerə diqqət yetirin
Yeni doğan körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə yoluxmağa səbəb ola bilər. Xalq arasında”'öpüş xəstəliyi” olaraq bilinən Ebstein Barr Virusu (EBV) tərəfindən yaradılan infeksiya bu şəkildə yoluxur. Öpüş xəstəliyi hərarət, linfa damarları, dalağ və qaraciyər böyüməsi kimi narahatlıqlara səbəb ola bilər.
Antaliya Manavgat Dövlət Xəstəxanasının baş həkimi və Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Məmməd Quru, öpüş xəstəliyinin uşaqlara keçməməsi üçün uşağı öpməyi qadağan edir.  Quru, xəstəliyin yolxucu olmasının ən əsas səbəbi tüpürcək olduğunu söyləyib. Quru, sözlərini belə davam etdirib:
"Ətrafımızda dəfələrlə bu sözü eşitmisiniz; “Öpməkdən doya bilmədim, çox şirindir. Adamın yemeyi gəlir!' Halbuki uşaqları, sevgidən də olsa, öpüşlərə boğmaq heç də doğru deyil, hələ kənar adamların, yəni tanımadığımız kəslərin uşağımızı öpməsinə icazə vermək böyük bir səhvdir. “Tanımadığım biri uşağımı niyə öpsün?” deyə bilərsiniz amma içimizdəki uşaq sevgisi, bizə hər şeyi etdirir. Gözəl bir körpə gördükdə, küçədə ya da hər hansı bir məkanda yanına gedib, maç deyə yanağına bir öpüş qondururuq. Bu davranışla tüpürcəkdə daşınan və son illərdə körpələri və kiçik uşaqları da təhdid edən “Öpüş Xəstəliyinə” yoluxdururuq."
Quru, xəstəliyin hərarət, linfa damarları, dalaqda və qaraciyər böyüməsinə səbəb ola biləcəyini qeyd edib. Körpə və uşaqlara öpüş xəstəliyi yaxın təmas ya da dodaqdan öpmə ilə yoluxur. Quru, infeksiya edən virusun tüpürcəklə keçdiyini qeyd edib.
Həkimlər həmçinin onu da qeyd edib ki,  "Bu uşaq dünya şipşirindir deyərək ağız və ağız ətrafından öpməyək. Ana və atalar yaxınlığı nə olursa-olsun, uşaqlarını yad insanların öpüşündən qorumalı və xəbərdar etməlidir. Bu xəstəlik birdən və ya yavaş-yavaş  istilik, baş ağrısı, titrəmə və iştahsızlıqla başlayıb, linfa damarlarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edə bilər. Virus, körpələrdə qızdırmanı 39-40 dərəcə qədər yüksəldə bilər."

 

Redakte etdi:  PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri