Uşağa baxımla bağlı ən yayılmış yanılmalar. Təəccüblənəcəksiniz!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 469
Səs ver:
(səs: 0)
İnsanlar arasında uşağa baxımla bağlı olan bir çox səhv fikirlər yayılmaqdadır.

Qadinla.com bildirir ki, bu yanılmalar nəsildən nəslə ötürülür və insanlar onlara hətta indi də inanmağa davam edir.

1. Zəif işıqda oxuyan uşağın görməsi zəifləyir.

Bunu bütün valideynlər uşaqlarına deyir. Lakin... Amerika Oftalmologiya Akademiyası sübut edir ki, zəif işıqda kitab oxuma insanın gözlərini korlanmır.

2. Qışda papaqsız gəzəndə meningit ola bilər.

Bu qəti şəkildə səhv fikirdir. Meningit infeksion xəstəlikdir və əksər hallarda onun səbəbi meninqokokk mikrobudur. Bu səbəbdən bu xəstəliyə tutulması soyuq havada papağın taxıb-taxmaması ilə bağlı deyil. Təbii ki, soyuqlama müxtəlif xəstəliklərin və, o cümlədən, meningitin risk faktoru sayıla bilər. Lakin beyin qişalarının iltihabının soyuqlama ilə bilavasitə əlaqəsi aşkar olunmayıb.

Maraqlı fakt - isti Afrika ölkələrində meningit xəstəliyinə soyuq ölkələrlə müqayisədə daha tez-tez təsadüf edilir.

3. Soyuq havada uşağın ağzını və burnunun isti şərflə örtmək lazımdır ki, uşaq soyuq hava udmasın və xəstələnməsin.

Bu tam yanlış fikirdir. Birincisi - çox soyuq və çox küləkli havada uşaqla çöldə gəzmək tövsiyə edilmir. İkincisi - bütün digər hallarda uşağın burnu onu soyuq havadan etibarlı şəkildə qoruyur. Burunda hava isinir və həmçinin təmizlənir. Orqanizmin mühüm müdafiə səddi olan selikli qişalar orqanizmə düşən mikrobları, virusları və s. tutur və zərərsizləşdirir. Burun selikli qişaları hava ilə uşaq orqanizminə daxil olan ziyanlı agentləri məhv etmək qabiliyyətinə malikdir. Beləliklə, uşağın burnu onu həm soyuq havadan, həm də mikroblardan qoruya bilər.

4. Uşağın saçını mütləq qırxmaq lazımdır ki, saçları qalın olsun.

Bu yanılmadır. Saçların qalınlığını genlər təyin edir (gözlərin və ya saçların rəngi kimi). Tibdə çoxdan sübut olunub ki, saçların qırxılması onların keyfiyyətinə heç bir təsir etmir. Əksinə isə bu prosedur tez-tez həyata keçirilirsə, bu saç follikullarına hətta ziyan vurur.

5. Uşağın ayaqları islanıbsa, o, mütləq xəstələnəcək.

Valideynlərdən biz tez-tez eşidirdik: "ayaqların islanıbsa, xəstələnəcəksən". Bu da yanılmadır.

İnfeksiyalar, mikroblar, viruslar bizi hər zaman əhatə edir. Lakin bu mikrobların və s. xəstəliyə səbəb olması üçün immun sisteminin zəifləməsi lazımdır. Bu isə soyuqlama, stress, natamam qidalanma və s. nəticəsində mümkündür.

İnsanı yağışa, soyuğa düşdükdə soyuqlayır, onun immun sistemi zəifləyir ki, orqanizmə düşən mikrob və ya virus immun sistemi tərəfindən zərərsizləşdirilmir və nəticədə xəstəliyə səbəb olur.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 469
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
faydali melumatdir
19 iyun 2019 12:39
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Maraqli aradirmadi.Bezileri mencede dogrudu
18 iyun 2019 23:31
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Bunların hamısını hər bir valideyin edir. Biz də nənələrimizdən, anlarımızdan elə görmüşük. Mən şəxsən corabım islandımı, tez gedib, yenisini geyinirəm. 09 Uşaqlıqdan mama belə öyrədib bu barədə. Mən də belə bilirəm vAllah. Necə yalan, olsun burdakılar? Məncə, yanlış deyil. Məsələn, qışda papaqsız gəzəndə düzdür miningit olacaq qədər, hahahah yox amma belə uşaq xəstələnər deyə düşünürəm. Buna özümdən misal deyəcəm. Qış aylarında papaq taxmağa nifrət etdiyimdən, mamamın deməsinə baxmayaraq, inadçılığımdan əl çəkmədim. Sonra da, bütün qışı qripli-qripli gəzdim. pff Hər ana burda yazılanları mütləq edir məncə. Uşaq çölə çıxır (belə fərz edək də) şərfsiz çıxır ana ona şərf taxmasın ki, onda xəstələnməyəcək? Sonuncu yəni, 5-ci yazılanla heç razı deyiləm. Uşaq vaxtı, başı qırxılmayıb deyə, hal-hazırda saç problemi yaşayan insanlar tanıyıram. Yəni, mən birda yazılanlarla heç razı deyiləm. Şəxsi fikrimdir. Bəlkə, mənim düşündüyümün əksini düşünənlər də ola bilər. Nə deyim vAllah. Mən belə düşünürəm. Hər bir ananın etdiyi şeylərdir bunlar. Nəysə, çox uzatmayım. Təşəkkürlər bacış.
18 iyun 2019 21:34
3
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'
Offline
BakılıQız
Ayda hamisini edirem e men 122 yalnis imis
18 iyun 2019 19:06
2
Offline
diablo
Burda yazilanlarin bəziləri ilə raziyam bəziləri ilə yox. Məsələn:razi olmadiğım uşağın ayağı islanibsa bəziləri xəstənənməsə də çoxusu mütləq xəstələnir. Sonra qisda papaqsiz gəzəndə meningit olmasa da başa soyuq olur qaymarit əmələ gətirir.Amma bir şeylə raziyam ki uşağın saçını qirxanda qalınlaşır deyirlər məncə də bu genlə əlaqəlidir.Təşəkkürlər maraqlı oldu
18 iyun 2019 18:17
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri