Körpə əmizdirmə texnikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 553
Səs ver:
(səs: 5)

Əvvəlcə ana südünün körpə üçün çox əhəmiyyətli olduğunu, ana südündə ilk aylarda körpənin bütün qida ehtiyacının ödədiyini və əmizdirmənin ana körpə arasındakı bağı daha da gücləndirdiyini ifadə etmək istəyirəm. Sevimli analar və ana namizədləri, körpənizi mütləq əmizdirin. Körpə əmizdirərkən nələrə diqqət etməlisiniz? Körpəni əmizdirməzdən əvvəl ana əlini yaxşıca yumalı, döş təmiz olmalıdır. Körpənin altı quru, burnu açıq və təmiz olmalıdır. Ana rahat və uyğun bir mövqedə oturmalı barmağıyla sinəsini basdıraraq körpənin burnunun boşda qalmasını təmin etməlidir.
Körpə 5-8 dəqiqədə döşdəki südü boşaldır amma 20-25 dəqiqə əmizdirilməlidir. Körpəni əmizdirərkən çox diqqətli olmaq lazımdır: körpənin mikrob qapmasına ya da tıxanmasına qarşı tədbir alınmalıdır. Körpəni əmizdirdikdən sonra yaranan qaz çıxardılıb, sağ tərəfinə ya da kürək üstü yatırdılmalıdır. Körpəni əmizdirdikdən sonra 2-4 saat yatırsa, doymuşdur və ananın südü kafi deməkdir.
Sevimli analar körpənizə ana südündən başqa əlavə bir qida vermirsinizsə, südünüzün kafi olub olmadığına çox diqqət etməlisiniz. Ana südüylə bəslənən körpələr daha sağlam və xoşbəxtdir: siz də körpənizin sağlamlığı və xoşbəxtliyi üçün mütləq körpənizi əmizdirin.
(səs: 5)
Şərhlər: 0
Baxılıb: 12 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri