Uşaqlara nə zamandan su vermək olar?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 755
Səs ver:
(səs: 0)
Yeni doğulanların suya ehtiyacı sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir.

Körpələr nə qədər su içməlidir? Onlara nə zaman su verməyə başlamaq lazımdır?

Bu, analar üçün ən çox maraq doğuran məsələdir. E-tibb.az Türkiyə mediasına istinadən bununla bağlı mütəxəssis rəyini təqdim edir.

Yeni doğulanlara su verməyə ehtiyac yoxdur?

Yeni doğulanların bütün su ehtiyacları ana südü ilə təmin olunur.

Çünki ana südünün 87 faizi sudan ibarətdir. Bu isə uşağın su ilə bağlı bütün ehtiyaclarını qarşılayır.

Bəs ana körpəsinə süd verə bilmirsə ?

Əgər ana övladına süd verə bilmirsə, başqa qidalardan istifadə olunursa belə 6 aya qədər suya ehtiyac yaranmır. Normal miqdarda su ilə hazırlanan qidalar da su, yəni maye ehtiyacını ödəyir.

Suya ehtiyac nə zaman yaranır?

Qadınla.com bildirir ki, körpələrə 6 ayından başlayaraq digər qidalara da verilir deyə bu dövrdə onlara su verilməsinə başlanmalıdır. Amma bu zaman da su uşağın qidalanması üçün əsas rol oynamamalıdır. Yenə də əsas qida mənbəyi ana südü, o olmadıqda ana südünü əvəz edən qida olmalıdır. Bu dövrdə verilən su ekstra olmalı, su onların yerini almamalıdır.

Su hansı problemlər yarada bilər?

6 aydan kiçik uşaqlara su verilərsə bu, onların mədəsini doldurub, toxluq hissi yarada, vacib olan qidanı qəbul etməsinə çətinlik törədər. Hətta yayın ən isti dövründə olsa belə bunu etmək olmaz.

Bəs 6 aydan sonra uşaqlara nə qədər su verilməlidir?

Uşağın suya ehtiyacı yaşa görə dəyişir, yaş artdıqca o da artır. Qatı qidalar yeyən zaman mayeyə tələbat da çox olur. Bu zaman verilən su miqdarı uşağın kilosuna, boyuna, qəbul elədiyi ana südü, sidiyinin miqdarına, qəbiz olub-olmasına görə dəyişir.

Bu halda su yeməkdən əvvəl deyil, yemək yeyərkən ya da yeməkdən sonra udum-udum verilməlidir.

Hər dəfə yeməkdən sonra su təklif olunmalıdır. Ələlxüsus qəbizlikdən əziyyət çəkən, qəbizliyə meylli olan uşaqlara su artırıla bilər.

Su zəhərlənmə yaradır?

Uşağa qədərindən çox su vermək sağlamlıq üçün böyük problemlərə yol açar. Nəzərə almaq lazımdır ki, həmin dövrdə böyrəklər tam inkişaf etmədiyinə görə çox su içmək "su zəhərlənməsi" deyilən hala səbəb ola bilər. Bununla da uşağın normal böyüməsi, inkişafının qarşısı alınar.

Bunda başqa, hazırlanan qidalara çox su əlavə etmək onun qida dəyərini, kalori miqdarını da azaldar. 6 aydan sonra uşaqlara "su zəhərlənməsini"ni düşünmədən su verilməlidir.

Uşaqlara suyu necə vermək lazımdır?

Suyun əmziklə verilməsi uşağın ağız və diş sağlamlığı üçün problemlərə yol açar, qeyri-sağlam qidalanmasına şərait yaradar. Ona görə də suyun stəkanda və ya butulkada verilməsi vacibdir. Su verilən qabın rəngli, üzərində fiqurların olması məsləhət görülür. Amma suyu israr etmədən vermək lazımdır.

Uşaq su içmirsə nə etməli?

Uşaqlar hər zaman su içməyə bilər. İstəmirsə, zorla vermək olmaz. Fasilələrlə su təklif etmək lazımdır. Onlar oynadıqları, iməklədikləri yerlərdə butulkada su qoymaq, su içməyi xatırlatmaq, təbliğ etmək lazımdır.

Su içməyən uşaqlara meyvəli, şirin sular vermək ən böyük yanlışlardan biri hesab olunur. Bu, uşağa həddən artıq şəkər vermək, çoxlu çəki almasına şərait yaratmaq deməkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri