Körpələrə 2 yaşına kimi ayaqqabı geyindirməyin - Türkiyəli professor

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 287
Səs ver:
(səs: 0)
Uşaqların ayaqlarında inkişaf iki yaşına kimi davam edir. Bu barədə Türkiyəli prof. dr. Nazif Ekin Akalan "erkən yaşda ayaqqabı geydirməyin" deyə xəbərdarlıq edir.

Qadinla.com bildirir ki, uşağın ilk ayaqqabısının doğru seçilməsi, ayaq sağlamlığı və inkişafı baxımından böyük önəm daşıyır. Təsadüfən alınan ayaqqabılar ayağın inkişafına mənfi təsir edir.

Uşağın yeriməyə başladığı zamanda ayaqqabıya ehtiyacı olmadığını bildirən Prof. Dr. Nazif Ekin Akalan, ayağın ortama uyğunlaşmasını lazım olduğunu vurğuladı.

"Uşaqların ayağına zərər dəymədiyi yerlərdə ayaqqabısız yeriməsi lazımdır. Balacalarda fərqli yerlərə ayaq basdıqca dəyişik reaksiyalara olur. O zaman körpədə refleks duyğusu inkişaf edir. Çevrə ilə əlaqə qura bilmək onlar üçün asanlaşır. Ayaqqabını uşağa iki yaşdan sonra geyindirin. Körpə ayağına zərər vura biləcək yerdədirsə, o zaman mütləq ayaqqabı lazımdır. O isə xüsusi ilə seçilməlidir.

Ucuza qaçmayın əsla. Çünki keyfiyyət önəmlidir. Amma bahalı mal toruna da düşməyin. Həkimin sözlərinə görə, ortopedik ayaqqabılarda da ehtiyatlı olmaqda fayda var.

"Bəzən uşaqlara ortopedik ayaqqabılar məsləhət görülür. mən bunun tərəfdarı deyiləm. İstisna hallar var.Uşağın ayağının arxasına baxdığımızda topuq sümüyü 20 dərəcədən çox çölə doğru çıxıbsa, o zaman şəxsi dabanlıq, ya da ortopedik ayaqqabı məsləhətdir. Uşaqları yerimək, qaçmaq, hopanmaq kimi hərəktlərə vərdiş etdirin. Uşağın gec yerimə müddəti 18 aya kimidir. 6 aylıq balacaya məcbur etmək olmaz. Çünkü onlar özləri öz bədənlərini yaxşı bilirlər. Gec yerimək qorxulu deyil. Tez yeriyənlərdə risk faktoru var, çünki sümüklər hələ tam hazır deyil. Uşaq ayağını yerə basanda çölə və ya içəri doğru çox basırsa, yəni əyilmənin dərəcəsi çoxdursa təhlükəlidir. Mütləq həkimə müraciət etmək lazımdır. Bütün uşaqlar 12 aylıqda yeriməlidir deyə qanun yoxdur. Dar ayaqqabı və ya geniş ayaqqabı geydirməyin. Bu uşaqların yıxılmasına təkan verir.

Yayda isə hava keçirən ayaqqabıya üstünlük verin. Bu balacanın ayağını tərləmədən qoruyacaq".

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 287
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Tamami ile raziyam dogrudur. Oglum 1 yaw 2 ayliqdi ayaqqabi geyindirirem baslayib ayaqqabinin dabanin yere surtub cixarir. Ehtiyac bilmediyim ucunde mecbur etmirem. Vaxti gelende onsuzda geyinecek.
10 sentyabr 2019 16:41
1
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri