Körpənin doyduğunu necə müəyyən etmək olar?

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 7782
Paylaş:
Səs ver:
(səs: 1)

Körpənizi kifayət qədər əmizdirdiyinizi necə anlayarrsınız?
Bu əslində yeni əmizdirməyə başlayan analar üçün olduqca məşhur sualdır. Yeni analar körpələrini kifayət qədər qidalandırdıqlarını bilmək istəyir. Aşağıda körpənin kifayət qədər qidalanmasını göstərən işarələri tapa bilərsiniz.
1. Körpə anadan kifayət qədər əmirsə ananın sinəsi yüngülləşməli və yumşalmalıdır. Çünki körpə anadakı südü boşaltmışdır.
2. Kifayət qədər əmizdirilən körpə özünü rahat və məmnun hiss edər və gec-gec ayılar
3. Kifayət qədər əmizdirilən körpə nizamlı olaraq kilo almağa davam edir.
4. Kifayət qədər əmizdirilən körpə nizamlı olaraq sidiyə və nəcisə gedər. Nəcisini nizamlı edən körpənin altı ilk bir neçə ayda gündə 6 - 8 dəfə dəyişdirilər.
5. İlk aylar körpənin gündə ən az 3 dəfə qatı nəcis etməsi gözlənilir. Bu körpənin kifayət qədər qidalanmasına işarədir.
Körpənin ana südünü kifayət qədər almamasını göstərən işarələr hansılardır?
1. Ana südündən kifayət qədər qidalanmayan körpə daimi olaraq kilo almır ya kilo itkisi yaşayır. Körpənin orta hesabla 5 gün içində kilo alması gözlənilir. Əgər kilo ala bilmirsə, ya əksinə kilo itkisi yaşayırsa həkimlə məsləhətləşmək lazımdır.
2. Əgər doğuşun ilk 5 günü körpə altını daha az isladır ya da qatı nəcis daha az edirsə, bu da kifayət qədər qidalanmadığının göstəricisi ola bilər. Normal olaraq körpə gündə 6-dan az altını isladır ya 3-dən az qatı nəcis edirsə, bundan şübhələnmək lazımdır. Yəni körpə kifayət qədər qidalanabilmir.
3. Doğuşdan 5 gün sonra qatı nəcisinin az və tünd gəlməsi.
4. Körpə sidiyi tünd rəngli gəlməsi: bu körpənin kifayət qədər maye almadığına işarədir.
5. Ana körpəsini 1 saatdan daha uzun müddət əmizdirməsinə baxmayaraq, körpə hələ də doymursa.
6. Əmizdirmə sonrasında ananın sinəsində yüngülləşmə və yumşalma olmursa
Əgər yeni analar yuxarıdakı ifadə edilənlərə görə körpələrinin kifayət qədər qidalanmadəqlarını düşünürlərsə tərəddüd etmədən körpənin həkimi ilə məsləhətləşmələri lazımdır. Həkimin məsləhti ilə problem həll ediləcək. Bəlkə körpədə əmizdirməyə maneə törədən, ananın səhv əmizdirmə texnikasından qaynaqlanan və ya süd istehsalını mənfi təsir edən bir problem ola bilər.


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 7782
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv