Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 531
Səs ver:
(səs: 1)
Qıcolmalar uşaq yaşlarının kifayət qədər yayılmış patologiyasıdır. Təqribən sağlam uşaqların 10 faizində qeyri-spesifik fon aktivliyinin dəyişikliyi, 2-3 faizdə epileptiform tipli kəskin dalğalar elektroensefaloqrammada (EEQ) aşkar olunur. Kəskin, yəni, qeyri-peridoik və xroniki, həmçinin periodik qıcolma tutmaları ayırd edilir. Kəskin qıcolma tutmalarının ən çox yayılmış səbəblərinə iltihabi proseslər - meningit, ensefalit, baş-beynin absesləri, infeksion xəstəliklər (qızdırma ilə müşayiət olunanlar), travmalar, baş-beynin həcmli prosesləri, elektrotravma və termik zədələnmələr, metabolik pozulmalar, o cümlədən hipoqlikemiya, hiperqlikemiya, hipokalsemia, hipomaqnemiya və s. aid edilir.

Qadınla.Com xəbər verir ki, bunu açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova bildirib.
Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranırFebril qıcolmaların uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda, yəni, bədən temperaturu 38,5° C-dən yüksək olanda yarandığını deyən pediatr bildirib: "Beş yaşdan yuxarı uşaqlarda febril qıcolmalara nadir rast gəlinir. Adətən temperaturun qalxması və onun pik həddində baş verir. Generalizə olunmuş tonik-klonik, tonik, atonik və ya klonik qıcolmalar ayırd edilir.
Fəsadlaşmamış tutmalar sutka ərzində 1 dəfə, 15 dəqiqədən qısa davam edən parsial komponent olmadıqda mərkəzi sinir sisteminin infeksion zədələnməsi və metabolik pozulmalar olmadığı təqdirdə ailə anamnezində epilepsiyanın olmaması hallarında baş verir.
Fəsadlaşmış-kompleks tutmalar atipik, çoxsaylı, 15 dəqiqədən çox davam edən və ya parsial febril qıcolmalardır. EEQ müayinəsi ancaq təkrar qıcolma hallarında lazımdır".

Günay Cavadova deyib ki, valideynlərə qızdırma ilə mübarizə aparmaq, temperaturun pik həddinə çatmasına imkan verməmək, fiziki və kimyəvi üsullarla qızdırmanı salıb yarana biləcək təkrar qıcolma tutmalarının qarşısını almaq tövsiyə olunur. Həmçinin həkimə erkən müraciət etmək məsləhət görülür.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri