Uşaq heç vaxt xəstələnməsin deyə… Tanınmış həkimin 7 qızıl qaydası

Müəllif: diablo
Şərhlər: 2
Baxılıb: 2151
Səs ver:
(səs: 0)
Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir.
Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.
Qadınla.Com sizə tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydanı təqdim edir:

1. Uşaq tez-tez açıq havada olmalıdır.

2. Uşağı həddindən artıq steril şəraitdə böyütməyin.
Uşaq daim steril şəraitdə saxlanılırsa onun immun sistemi "işsizlikdən" zəifləyir və daha sonra mikrob və ya virusla üzləşdikdə orqanizmi yaxşı müdafiə edə bilmir.

3. Apteklərdə satılan vitaminlərdən sui-istifadə etməyin.
Uşaq vitaminləri təbii mənbələrdən (meyvə-tərəvəz, yarmalar, süd məhsulları və s.) almalıdır.

4. Uşağı zorla yedizdirməyin.
Uşaq sağlamdırsa iştahasızlığın səbəbi əksər hallarda fiziki aktivliyin az olmasıdır. Uşaq açıq havada oynayandan, qaçandan, velosiped sürəndən sonra enerjisini sərf edəcək və təbii olaraq yemək istəyəcək.

5. Şirniyyatı azaldın.
Şəkər immun sisteminin ilk düşmənlərindən biridir.

6. Uşağın bağırsaqları normal işləməlidir.
Tez-tez təkrarlanan qəbizlik və ishal uşağın immun sistemini zəiflədir.

7. Uşağın otağı çox isti olmamalıdır, müntəzəm olaraq yığışdırılmalı və havası dəyişilməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2151
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80414
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Her biri dogrudur.Sevmirem parnik usaqlarini.Isti geyindirirler usaq daha tez xestelenir
3 may 2020 19:36
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 6005
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Bu qaydalarin hamisina riayet edirem bir tek zorla yedirtmeye yox.cunki menim boyuk qizima yemek demesen yadina duwmur birde ozun yedirtmesen en azi saat yemek yeyecek oda en coxu yarim kusok corek.yeni mecburam yoxsa ac qalar
3 may 2020 16:03
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri