Uşaqlarda əlavə qidalanma. Nә zaman başlayaq?

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 3 305
Səs ver:
(səs: 0)
Körpәmizi ana südü vә ya süni qarışıq (“smes”) ilә qidalandıraraq 6 ayımıza gәlmişik, artıq әlavә qidaya başlamaq zamanıdır.

Onu da qeyd etmәliyik ki, bәzi hallarda körpәnin vәziyyәtindәn asılı olaraq hәkim tәrәfindәn müәyyәn göstәrişlәrә әsasәn әlavә qidaların daha erkәndәn başlanılması mәslәhәt görülә bilir. Lakin ailәlәr özlәri körpәnin 6 ayı olmadan әlavә qidalara başlama qәrarı vermәmәlidir.

Hansı qida ilә başlayaq?
Ìlkin olaraq buxarda bişirilәn tәrәvәz pürәlәr ilә (mәs: kök, kartof, kabak) vә ya üyüdülәrәk suda bişirilәn dәnli taxıl bitkilәrinin sıyıqları ilə (mәs: düyü, qarabaşaq, yulaf) başlanıla bilәr.
Daha sonra hәkiminizlә mәslәhәtlәşәrәk körpәnin vәziyyәtinә vә ayına uyğun olaraq tәdricәn digәr qida çeşidlәri dә menyuya әlavә edilmәlidir.

Necә başlamalı?
Әlavә qidalara başlarkәn eyni vaxtda bir neçә növ әlavә qida verilmәmәlidir, qida yalnız 1 komponentli olmalıdır (mәs: kök püresi). Əlavә qida ilə başlayıb, onu 3 gün verdikdәn sonra digәr әlavә qidanı verә bilәrik. Yeni başladığımız qidanı çox az - yarım vә ya 1 çay qaşığı miqdarında verib, tәdricәn miqdarı artırmalıyıq.
Әgәr verdiyiniz әlavә qidanı körpә qәbul etmәk istәmәzsә, dili ilә itәlәyәrsә, körpәni məcbur etmәyin - bir neçə gün sonra (mәs: 1 hәftә ara ilә) yenidәn hәmin qidanı dadızdıra bilәrsiz.
Onu da bilmәliyik ki, әlavә qidalara başladığımız zaman mәqsәdimiz uşağı doyuzdurmaq deyil, qidalarla tanış edib, dadızdırmaq olmalıdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri